Sunam Qirsik

Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek BantalAzərbaycan torpaqlarından olan qafqazlı din xadimi.[1]

Malik İbrahim
Doğum tarixi bilinmir
Vəfat tarixi 7 aprel 1419
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir[1].

Məzarı

Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir. Bununla birlikdə, digər mənbələr, onun XVI əsrdə Əsmərakəndə gəldiyini və Tuban Regencydə dəfn olunduğunu qeyd edir.

J. P. Mokettenin M. İbrahimin qəbri üstindəki kitabəni oxuması ilə təsdiqlənən və ümumi olaraq ən çox qəbul edilən fikir, Kaşan, (indiki İran) adından gəldiyi fikridir. Hollandiyalı yazıçı və tədqiqatçı Martin van Bruinessen, Cumadil Kubranı xarakterizə edərək Malik İbrahimin bütün tələbələri arasında Kübraviyyə təriqətinin davamçıları olduğunu qeyd etmişdir.[2] Malik İbrahim Kaşanda (indiki İran) anadan olmuşdur. Şeyx Cumadil Kubra və Malik İbrahim hər ikisi Həmədan İranının şeyxi Mir Seyyid Əli Şafi Həmədaninin (vəfatı 1384) Kübravilik Şafi məzhəbinin nümayəndələri olmuşdur.[3] Malik İbrahim Kaşanda yüksək təhsilli ailəyə mənsub idi. Onun babası Səmərqənddən Kaşana köçmüşdür. Bu səbəblə də onların sülaləsi "Səmərqəndi" kimi də tanınır. Malik İbrahim atası Şeyx Cumadil Kubra və qardaşı Maulana İshaq ilə birlikdə İrandan Yavaya gəldi. Onlar Hüseyn ibn Əli vasitəsilə Məhəmməd Peyğəmbərin nəslindən idi. Bu fikrə görə, Şeyx Cumadil Kubra oğulları davah (İslam dininin öyrədilməsi) məqsədilə xaricə gedərkən Yavada qaldı. Malik İbrahim Çampaya (indiki Vyetnam) gedəndə, onun qardaşı Sumatranın şimalındakı Pasaya getdi. Çampada (indiki Vyetnam) olarkən 13 yaşındakı İbrahim səhiyyə təsis etdi və fermerlərə məhsul yetişdirməyin daha effektiv yollarını öyrətdi. Eyni zamanda o, Devi Candravulan adlı indoneziyalı kralın qızı ilə evləndi və iki oğlu dünyaya gəldi. Artıq kifayət qədər insanı İslama dininə dəvət etdiyini düşünən Malik İbrahim ailəsi olmadan təkbaşına Yavaya qayıtdı.

Malik İbrahim XIV əsrin sonlarında Sembalo və Manyara (indiki Gresikdən 9 km (5.6 mil) şimalda) gələrək buradakı yerli əhali olan yavalılar ilə tanış oldu. O, limandan kənarda ticarətlə məşğul olur, fərqli kastalardan olan insanlarla dominant Hind dininə məxsus sosial təbəqə ilə eyni davranırdı. Bununla, M. İbrahim çoxlu sayda danışıqlara səbəb olan aşağı təbəqədəki kastalardan dəstək gördü. O, işlərini Çampada (indiki Vyetnam) da davam etdirərək yerli məhsul yığımını artırmağın yollarını və xəstələri müalicə etmək üsullarını yerli əhaliyə öyrətdi.

Ticarət ərzində İbrahim hakim sinif və zadəganlar ilə tanış oldu. Trovulana səyahət edib Majapahit padşahı ilə görüşdükdən sonra ona təbliğ üçün istifadə etməsi məqsədilə Gresikin kənarında yerləşən bir torpaq sahəsi verildi. Malik İbrahim isə orada İslam internat məktəbi qurdu. Quranı yastığa qoymaq adəti onun Kakek Bantal ləqəbini almasına səbəb oldu.

Malik İbrahim haqqındakı rəvayətlərdən birinə görə, M. İbrahim səyahət edərkən uzun müddət davam edən quraqlığı bitirmək üçün tanrılara qurban kəsilmək üzrə olan gənc bir qadına rast gəldi. Bir qrup kişi qadını öldürərək tanrılara qurban etməyi dayandırdıqda sonra M. İbrahim yağışın yağması üçün dua etdi. Beləliklə, onun etdiyi duanın qəbul olunduğunu və yağışın yağdığını görən həmin bir qrup şəxs İslam dini qəbul etdi

Malik İbrahim hicri 822-ci il Rəbiüləvvəl ayının 12-si (Yuli təqvimi ilə 7 aprel 1419-cu il) vəfat etmiş, Qapura kəndində — Qresik, Şərqi Yavada dəfn olunmuşdur.

  1. 1 2 "İndoneziyanın Bakıdakı səfiri: "İslam dinini İndoneziyada yayan şəxs azərbaycanlı olub" - MÜSAHİBƏ" (Azərbaycan dili). modern.az. 20 noyabr 2019 tarixində arxivləşdirilib.
  2. Martin van Bruinessen, "Traces of Kubrawiyyah influence in early Indonesian Islam", Bijdragen tot de Taal-, Land- en Volkenkunde150(1994), 305–329.
  3. "Pancalaku Pearls of Wisdom". Pancalaku Pearls of Wisdom (ingilis). 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]