Kübravilik

İslam

İslam Tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Kübraviliksufi təriqəti.

Təriqətin qurucusu fars sufisi Şeyx Nəcməddin Kübra (1145-1221) Xarəzmdə anadan olmuş və erkən yaşlarından dini elmləri öyrənmişdir. Mənəviyyat yoluna Misirdə Əbu Nəcib Sührəverdinin tələbəsi olmuş, məşhur sufi şeyxlərindən sayılan Ruzbihan Misrinin rəhbərliyi altında başlamışdır. Təbrizə köçəndən sonra ona müəllimliyi Baba Fərəc Təbrizi etmişdir. Əmmar ibn Yasir Bitlisi və İsmail Kəsri də onun müəllimləri olmuşlar.

Şeyx Nəcməddin Kübra sonralar öz mənəviyyat yolunu yaratmış və Gürgəncdə sufi xanəgahı qurmuşdur. O, çoxlu sayda tanınmış sufilər yetişdirmişdir. Ərəbfars dillərində bir sıra əsərlər qələmə almışdır. Monqollar Gürgənci ələ keçirdəndə öldürülmüşdür.

O da digər sufi şeyxləri kimi hesab etmişdir ki, insan mənəviyyat yolu ilə gedib, müəlliminin (mürşidinin) göstərişlərinə əməl etməklə özündə Allahın təzahürlərini duyub, ona yaxınlaşa bilər. Nəcməddin abidliyin, tərki-dünyalığın, xəlvətə çəkilməyin tərəfdarı olmuşdur. Kübravilər təsəvvüf metod və təcrübələrində rənglərin müxtəlif çalarlarına, onların ahənglərinə böyük önəm vermiş və özlərini Əli ibn Əbu Talibin (ə) mənəvi varisləri saymışlar. Kübravilərdən iki ələvi təriqəti - nurbəxşilər və zəhəbilər ayrılmışlar.

Bu təriqət, əsasən mərkəzi Asiyada yayılmışdır. Kübravilərin ardıcıllarına Özbəkistanda bu gün də rast gəlmək mümkündür.

  • Müəllif: Aydın Əlizadə- "Cəmiyyət və Din" qəzeti

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]