Suraxanı neft mədənlərində yanğın — 10 aprel 1922-ci ildə neft mədənlərində törədilmiş terror nəticəsində yanğın hadisəsi.
Suraxanı neft mədənlərində yanğın | |
---|---|
Fayl:Suraxanı neft mədənlərində yanğın (film, 1922).jpg | |
Ölkə | Azərbaycan SSR |
Bölgə | Suraxanı rayonu |
Yanma tarixi |
10 aprel, 1922 |
Sönmə tarixi |
11 aprel, 1922 |
1921-ci ilin əvvəlində neft sənayesində işləmək üçün neft komitəsinin Moskvadan göndərdiyi rəhbərliyin təşəbbüsü ilə general Vrangelin 7,5 min keçmiş əsgəri İstanbuldan Bakıya gətirildi. Onların sırasında müxtəlif ünsürlər, gizli əksinqilabçılar ağqvardiyaçı zabitlər də var idi. Zaqafqaziya eserləri və müsəlman qrupları ilə əlaqəsi olan polkovnik Qaydukovun başçılığı ilə 1921-ci ilin aprelində onlar Ramanada terror aktları keçirməyə başladılar. Gizli eser təşkilatı isə 1922-ci ildə Bakının neft sənayesi müəssisələrində yanğınlar törətdi. 1922-ci il aprelin 10-da bir gün ərzində Ramana, Suraxanı və Balaxanı mədənlərində təxribatçılar üç yanğın törətmişdilər. Balaxanı və Ramana yanğınlarını fəhlə dəstələri çox çətin, sərt xəzrinin tüğyan etdiyi mürəkkəb vəziyyətdə əzmkarlıqla tez söndürdülər.[1]
Ən qorxulu yanğın Suraxanıda, gündə 160 min pud neft verən beşinci mədəndə olmuşdu və onun alovları güclü əsən küləklə bütün neft mədəni rayonuna tamamilə sıradan çıxmaq təhlükəsi yaratmışdı. Bu yanğın mühəndislərdən F.Rüstəmbəyov, İ.S.Sorokin və Kusminskinin başçılıq etdiyi fəhlə dəstələrinin səyi nəticəsində aprelin 11-də səhərə yaxın ləğv edilmişdi.[2]
Ümumittifaq MİK 1922-ci ilin avqustunda yanğınla mübarizədə fədakarlıq göstərmiş Bakı fəhlələrini Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi.[3]