"Surikatlar" (ing. The Meerkats) — Kalaxari səhrasında yaşayan surikatlar klanının həyatına həsr edilmiş tammetrajlı Britaniya sənədli filmidir. Film elmi-kütləvi teleproqramlara daha əvvəl prodüserlik etmiş Ceyms Honeybornun rejissor kimi debütü olmuşdur. Filmdə kadr arxası mətnləri filmin premyerasının baş tutmasına az qalmış dünyasını dəyişmiş Pol Nyuman oxumuşdur.
Surikatlar | |
---|---|
The Meerkats | |
Janr | sənədli film |
Rejissor | Ceyms Honeyborn |
Prodüserlər | Ceyn Houli, Trevor İnqman, Nil Naytinqeyl |
Ssenari müəllifi | Ceyms Honeyborn "The Meerkats" |
Baş rollarda | |
Operatorlar | Barri Britton, Toni Miller, Mark Peyn-Cill |
İstehsalçılar | BBC Film[d] |
Distribütor | The Weinstein Company[d], Netflix |
İlk baxış tarixi | 2008, 20 noyabr 2008[2] |
Müddət | 83 dəqiqə |
Büdcə | 83 milyon $ |
Ölkə | Böyük Britaniya |
Dil | ingilis dili |
İl | 2008 |
Rəng | rəngli |
IMDb | ID 0892391 |
Filmin premyerası 2008-ci il 15 oktyabr tarixində Dinardedə (Fransa) keçirilən kino festivalında olmuşdur.
Filmdə Kalaxari səhrasında yaşayan surikatlar klanının həyatında bir neçə ay ərzində baş verən hadisələrdən danışılır.
Filmin əvvəlində bir neçə surikat balası dünyaya göz açır. Filmdə onlardan olan Kolo adlı surikat öz marağı ilə başqalarından fərqlənir və filmin baş qəhrəmanı olur. Hələ ki gündüz ailənin yaşlı üzvləri olmayıb qida axtardığı vaxt körpələr öz böyük qardaşıyla (hansının ki, 1 yaşı var) qalırlar. O onları müdafiə edir və onlara qida tapmağı və təhlükəni hiss etməyi öyrədir. Surikatların əsas düşmənləri — səmadan öz ovunu güdən qartal, həmçinin yaxınlıqdakı ağacda yaşayan və otda görünməz dərəcədə gizlənən kobradır.Hətta bir dəfə kobra hətta surikatların yuvasına girir, amma toplaşmış heyvanlar onu birlikdə qovurlar. Hələ surikatlarla birgə onlara heç bir təhlükə törətməyən torpaq altında yaşayan sincablar da yaşayırlar.
Eyni zamanda, səhrada quraqlıq dövrü ləngiyir, uzun müddətdir isə yağış yoxdur. Qidanın axtarışə üçün hətta bir dəfə ailə öz yuvasından uzağa gedir və birdən peyda olan qartal Kolonun qaçmağa vaxt tapmamış böyük qardaşını tutur. Nəhayət, yağışlar yenə də gəlir, və səhrada həyat yenidən dirilir. Klanın ərazisinə yem axtarışında olan rəqib surikat klanı gəlir və onların arasında savaş başlanır. Nəticədə Kolo öz ərazisindən uzaqlara qaçmalı olur və evə yolu itirir. Yalqızlıqda bir neçə gün keçirdikdən sonra o ağaclara çıxıb ətraf əraziləri müşahidə edərək, həmçinin qoxuya görə geri yolu tapır. Eyni zamanda, onun anasının yeni balaları dünyaya gəlir. İndi artıq onlar üçün Kolo — böyük qardaş, müəllim və müdafiəçidir.