Surikat — Herpestidae fəsiləsinə aid olan heyvan cinsi. Cənubi Afrikada (Kalaxari səhrası ərazisində: Anqola, Namibiya, Botsvana, CAR-ın şimal-qərbində) geniş yayılmışdır. Əvvəllər Madaqaskarda da rast gəlinib.
Surikat | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Surikat |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Manqustlar fəsiləsinə aid olan surikatlar əsasən ağacların bitmədiyi daha açıq və boş torpaqlarda yaşayırlar. Onları savannalarda və açıq düzənliklərdə tapmaq olar.
Surikatlar kiçik manqustlara aid olduğundan onların çəkisi 700-750 qramdır. Surikatın başı ilə birlikdə bədəninin uzunluğu 25-35 sm, quyruğunun uzunluğu isə 17,5-25 sm olur. Surikatların diş formulu belədir:
(burada - kəsici dişlər, - köpək dişləri, - kökaltı dişləri - azı dişləri) onların sayı 36-dır.
Tüklərinin rəngi adətən narıncı-qəhvəyi rəngdə olur. Bütün surikatlarda xarakterik olaraq qara zolaq vardır. Başı ağ, qulaqları qara, burnu qəhvəyi, quyruğu sarı rəngli, quyruğunun ucu qara rəngdədir. Xəzi uzun və yumşaqdır. Qarnında və mədəsində tükləri qısadır. Ön pəncələrində uzun və möhkəm caynaqları vardır.
Surikatlar aktiv şəkildə sürü halında gəzən heyvanlara aiddir. Onlar balaca yuvalarda yaşayırlar. Bu yuvaların dərinliyi adətən 1,5 m olur və bir neçə yerdən girişi olur. Əgər onlar dağlıq yerlərdə yaşayırlarsa, onların yaşayış yeri kimi qayalı səhralar çıxış edir. Gündəlik həyat tərzinə malikdir. İsti günlərdə günəşin altında qızınmağı xoşlayırlar. Arxa pəncələri üstündə uzun müddət dayana bilirlər. Tez-tez yaşayış yerlərini dəyişirlər və yeni yaşayış yeri köhnəsindən 1,5–2 km aralıda yerləşir.
Surikatlar öz yuvalarının yaxınlığında və adətən həşəratlarla qidalanırlar, lakin bəzən kərtənkələ, ilan, əqrəb, xərçəng, çoxayaqlılar, quş yumurtaları və bitki komponentləri ilə də qidalanırlar.
Surikatlar ilan zəhərinə qarşı yüksək immunitetə malikdir. Onlar həmçinin Kalaxari səhrasında yaşayan əqrəblərin zəhərinə qarşı dözümlüdürlər. Lakin ən təhlükəli əqrəb növlərinin zəhəri surikatlar üçün də ölümcül ola bilər. O əqrəblə qarşılaşdıqda ilk öncə əqrəbin zəhərli neştərini dişləməklə ondan qurtulur, sonra onun zirehindən zəhərin izlərini qumla təmizləyir.
Surikatlar koloniya halında yaşayan heyvanlara aiddir. Surikatların koloniyası özündə 2-3 ailə qrupunu birləşdirir və üzvlərin sayı 20-30 arası olur. Ailə qrupları arasında tez-tez baş verən toqquşmalar ən azı bir surikatın ölümü ilə başa çatır. Əgər bir ailə digər ailənin yuvasını ələ keçirirsə, onda həmin yuvada olan balaların hamısı öldürülür.
Surikatların arasında matriarxat hakimdir. Belə ki, dişi surikat erkəkdən ölçülərinə görə daha iri və onun üzərində üstünlüyə malik ola bilər.
Surikatların gündəlik həyat tərzi belədir: səhər tezdən yuxudan durduqdan sonra öz yuvalarının girişini qumdan təmizləyir, qida axtarışına çıxır, ən isti vaxtda kölgədə dincəlir, sonra yenidən qida axtarışına çıxır və günəşin qürubuna təxminən 1 saat qalmış öz yuvalarına qayıdırlar. Bəziləri yer qazanda digəri hətta ağaca çıxaraq düşməndən qorunmaq üçün keşik çəkir.
Bir yuvadan digərinə keçməyin iki səbəbi vardır: birincisi, köhnə yuvada uzun müddət qalmaları parazitlərin çoxalması ilə müşayiət olunur, ikincisi isə rəqib ailələr onların yuvalarına doğru yaxınlaşırlar. Onların köçü adətən səhər qida axtarışından sonra başlayır.
Surikatlar asanlıqla əhliləşdirilir. Onlar soyuğa qarşı çox həssasdırlar. Cənubi Afrikada yaşayan əhali surikatları gəmiricilər və ilanları tutmaq üçün öz evlərində saxlayırlar. Surikatları bəzən onların çox vaxt yanaşı yaşadıqları sarı manqustlarla səhv salırlar. Sarı manqustları əhliləşdirmək olmur.