Suriya–Türkiyə münasibətləri

Suriya–Türkiyə münasibətləriSuriya Ərəb RespublikasıTürkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər.[1]

Suriya–Türkiyə münasibətləri
Suriya və Türkiyə
 Suriya  Türkiyə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suriyanın Ankara şəhərində səfirliyi, İstanbulQaziantep şəhərlərində konsulluğu, Türkiyənin isə Dəməşq şəhərində səfirliyi, Hələb şəhərində isə konsulluğu vardır. Lakin, Suriyada vətəndaş müharibəsinin başlamasından sonra Türkiyə Suriyadakı səfirini geri çağırmış, ölkədəki diplomatik fəaliyyətlərini təxirə salmışdır. Hələbdə yerləşən konsulluq isə Suriyadakı Türkiyə vətəndaşlarına kömək etmək məqsədilə hələ də fəaliyyətini davam etdirir. 30 may 2012-ci il tarixində Türkiyə hökuməti suriyalı diplomatları ölkədən qovmuşdur.[2]

911 kilometr uzunluğunda quru sərhədinə malik olan bu iki ölkə arasındakı münasibətlər tarix boyu gərginliyi ilə seçilmişdir.[3] Türkiyə tərəfinin fikrinə əsasən Suriya terrora dəstək verən, su mənbələrinin paylanmasında problem yaradan və coğrafi olaraq Türkiyənin ərazi bütövlüyünə müdaxilə edən ölkədir. 1998-ci ildə Adana müqaviləsinin imzalanmasından sonra müsbət mənada inkişaf edən əlaqələr 2011-ci ildə Suriya vətəndaş müharibəsinin başlanması ilə yenidən gərginləşmişdir.

1930-cu illərdə Türkiyə və Fransa müstəmləkəsi olan Suriya arasındakı sərhəddə yerləşən Hatay üzərində haqq iddia etməsi ilə başlayan gərginlik Cənub-Şərqi Anadolu layihəsinin qüvvəyə minməsi nəticəsində ortaya çıxan "su anlaşılmazlıqları" ilə daha da artmış, Suriya hökumətinin PKKASALA kimi terrorçu qruplaşmalara dəstək verməsi ilə pik həddə çatmışdır. 1998-ci ilin oktyabr ayında Suriya hökumətinin PKK lideri Abdullah Öcalanı deportasiya etməsindən sonra əlaqələr nisbətən yaxşılaşmışdır. Lakin, Suriya vətəndaş müharibəsi ərzində Türkiyənin Azad Suriya Ordusuna dəstək verməsi səbəbilə iki ölkə arasındakı münasibətlər yenidən gərginləşmiş və diplomatik əlaqələr dayandırılmışdır. 2012-ci ilin iyun ayında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 döyüş təyyarəsinin Suriya tərəfindən vurulmasından sonra Türkiyə hökuməti NATO-ya təcili toplanma çağırışı etmişdir.[4] 2012-ci ilin oktyabrında Suriyadan Türkiyə ərazisinə top mərmisi atılmasından sonra Türkiyə tərəfi Suriya ilə sərhəd boyunca MIM-104 Patriot hava hücumundan müdafiə sistemlərini yerləşdirmişdir. 2013-cü ilin sentyabr ayında isə Suriya Silahlı Qüvvələrinə məxsus bir ədəd Mi-17 helikopteri sərhədi keçdiyinə görə türk qırıcıları tərəfindən vurulmuşdur.[5]

Hər iki ölkə Aralıq dənizi üçün Birlik təşkilatının tam hüquqlu üzvüdür. Həmçinin Suriyanın 14 avqust 2012-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatındakı üzvlüyünün ləğv olunmasına qədər hər iki ölkə də bu təşkilatın üzvü olmuşdur.

  1. "Türkiye-Suriye Siyasi İlişkileri". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-26.
  2. Syria: Turkish embassy closed, senior intel officer assassinated Arxivləşdirilib 2016-06-22 at the Wayback Machine.
  3. "The World Factbook". 2017-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-26.
  4. "Turkish Armed Forces shot down Syrian jet". CNNTurk. 23 mart 2014. 2015-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2017.
  5. "Türk jeti Suriye helikopterini vurdu". 2014-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]