Suriya İnsan Haqları Monitorinq mərkəzi (ərəb. المرصد السوري لحقوق الإنسان, ing. Syrian Observatory for Human Rights; SOHR) — 2006-cı ilin may ayında qurulan, Suriyada insan haqları pozuntularını sənədləşdirmək məqsədi daşıyan Birləşmiş Krallıq mərkəzli məlumat ofisi. 2011-ci ildən bu yana Suriya Vətəndaş Müharibəsinə diqqət yetirir.[1][2] Müharibənin başlanğıcından bəri qarşıdurmada hər tərəfdən gündəlik ölüm sayı və Suriyadakı hava hücumlarında ölən mülki vətəndaşlar haqqında böyük xəbər agentlikləri tez-tez sitat gətirirlər.[3] Suriya İnsan Haqları Monitorinq mərkəzi "müxalifət tərəfdarı" və Əsəd əleyhdarı olaraq xarakterizə edilir.[4][5]
Suriya İnsan Haqları Monitorinq mərkəzi SOHR | |
---|---|
ərəb. المرصد السوري لحقوق الإنسان | |
Növü | Qeyri-kommersiya təşkilatı |
Fəaliyyəti | İnsan hüquqları aktivizmi |
Yaranma tarixi | 1 may 2006 |
Rəsmi dili | Ərəb, ingilis |
Mərkəzi | |
Yarandığı yer | Koventri, Birləşmiş Krallıq |
Qurucusu | Üsamə Süleyman |
Rəsmi veb-sayt |
Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatçısı haqqında çox şey məlum deyil. Üsamə Süleyman 1971-ci ildə Suriyada anadan olmuşdur. Uşaqlığını sahilyanı Baniyas qəsəbəsində keçirmişdir.[6] Gəncliyindən şiələrə verilən üstünlüklərdən qəzəblənərək Əsəd rejiminə qarşı gizli müxalifətə qoşulmuşdur. Daha sonralar istifadə etdiyi Rami Abdulrəhman təxəllüsünü seçmişdir.[3] 2000-ci ildə bir neçə Əsəd rejiminə qarşı çıxan fəalların həbs olunmasından sonra Üsamə Süleyman Suriyadan qaçaraq İngiltərədə siyasi sığınacaq ala bildi. Koventridə həyat yoldaşı Etab Rekamea və qızı Amani ilə yaşayır. İki geyim mağazasına sahibdir, eyni zamanda bəzi ölkələrdən və təşkilatlardan siyasi fəaliyyət üçün kömək alır. "Suriya İnsan Haqları Rəsədxanası" layihəsi 2006-cı ilin may ayında başda Üsəma Süleyman olmaqla Suriyada qalan fəalların dəstəyi ilə başladıldı.[7]
Londonda yerləşən Amnesty International təşkilatının ingilis tədqiqatçısı Neyl Sammonds, "Ümumiyyətlə, mülki şəxslərin qətlləri ilə bağlı çox dəqiq və aydın məlumatlar verir.[4][5][8][9] Şübhəsiz ki, verdiyi ətraflı statistikalarla digər təşkilatlardan daha güvənilirdir.[6]
Mərkəzin məlumatları BMT və Amnesty International kimi müxtəlif insan hüquqları təşkilatları tərəfindən hesabatların tərtib edilməsində istifadə olunur. ABŞ Dövlət Departamenti də hesabatlarında Suriya Monitorinq Mərkəzinin hesablamalarından istifadə edir.[8][9][10]