Suriyada neft sənayesi

Suriyada neft sənayesiSuriyada XX əsrin əvvəllərində başlayaraq inkişaf edən və Suriya Ərəb Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl – 2010-cu ildə Suriya hökuməti neft satışları 3.200.000.000 ABŞ dolları əldə etmişdir, bu isə ölkənin ümumi gəlirinin 25.1%-ni təşkil edirdi.[1]

Suriya neft istehsalatında bir qədər zəifdir. 2010-cu ildə Suriya ümumdünya neft istehsalatının 0.5%-ni təşkil edir.[2][3] Bu ədəd 2016-cı ildə 0.05%-ə qədər enmişdir.[4] Suriyanın Orta Şərq standartlarına görə mühüm bir neft ixracatçısı olmamasına baxmayaraq, neft Suriya iqtisadiyyatının əhəmiyyətli bir parçasıdır. Ölkənin neft sənayesi vətəndaş müharibəsinə və Suriyaya qoyulan sanksiyalara görə kəskin şəkildə zəifləmişdir.

Suriyanın ən böyük iki neft şirkətləri – Suriya Ərəb Respublikası Neft və Mineral Ehtiyatlar Nazirliyinin sahibləndiyi Syrian Petroleum Company (SPC) və səhmlərinin 50%-i SPC-nın, digər 50%-i xarici qurumların olan Al-Furat Petroleum Company. Şirkətin səhmlərinin 32%-i Anglo-Dutch Shell, China National Petroleum Company şirkətinin korsorsiumu olan Himalaya Energy Syria və Hindistanın Oil and Natural Gas Corporation şirkətlərinə aiddir.[5] 2011-ci ilin dekabr ayında əldə edilən məlumatlara görə Shell Avropa İttifaqının Suriyaya qoyduğu sanksiyalara görə ölkədəki fəaliyyətini təxirə salmışdır.[6] Digər önəmli korsorsiuma SPC və Fransanın Total şirkətlərinin sahibləndiyi Deir Ez Zor Petroleum Company daxildir. Total ölkədəki fəaliyyəti 2011-ci ilin dekabr ayında təxirə salmışdır.[7] Daha yeni şirkətlər arasında Böyük Britaniyanın Gulfsands Petroleum korporasiyası var. 2012-ci ilin fevral əldə edilən məlumatlara görə Gulfsands Avropa İttifaqının Suriyaya qoyduğu sanksiyalara görə ölkədəki fəaliyyətini təxirə salmışdır.[8]

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Suriyada yerləşən neft yataqları və boru kəmərlərinin xəritəsi.

Suriya Şərqi Aralıq dənizi regionunda ən önəmli xam neft istehsalçısıdır. Digər istehsalçılar arasında İordaniya, İsrail, LivanFələstin var. Oil and Gas Journal jurnalının verdiyi məlumata görə 1 yanvar 2010-cu ilsə Suriyanın 2,500,000,000 barrel (400,000,000 m3) ölçüsündə neft ehtiyatı var idi.[5] Suriyanın məlum neft ehtiyatları əsasən ölkənin şərq hissəsində – Deyr əz-Zor mühafəzəsində, İraqla olan sərhədi yaxınlıqlarında, Fərat çayı boyunca yerləşən ərazidə cəmlənmişdir. Ölkənin mərkəzində bir neçə kiçikhəcmli neft yataqları da var.[9] 2010-cu ildə Suriyada təxminən hər gün 385,000 barrel (61,200 m3) xam neft istehsal olunmuşdur.[1][3] Neft istehsalatı illərlə davam edən süqut prosesindən sonra tənzimlənməyə başlamışdı. 2008-ci ildə Suriya 5.3 milyard kub metr (1.9×1011 kub fut) təbii qaz çıxarmışdər və iki il sonra – 2010-cu ildə bu ədəd 7.8×10^9 m3 (2.8×1011 kub fut)-ə qədər qalxmışdır. Çıxarılan xam neftin çoxunun Avropaya ixrac edilməsinə baxmayaraq, təbii qazın əksəriyyəti təkmilləşdirilmiş neft hasilatı və daxili elektrik generasiyası üçün yenidən inyeksiya edilmişdir.[5]

Suriyanın normal miqdarda neft və təbii qaz istehsal etməsinə baxmayaraq, onun yerləşməsi regional təhlükəsizlil və gələcəkdə təsis ediləcək enerji nəqli yolları üçün stratejikdir.[5] Ərəb təbii qaz boru kəmərinin birinci hissəsi İordaniya–Suriya sərhədində başlayır. Boru kəmərinin ölkədən keçən hissəsinin uzunluğu – 600 kilometr (370 mil).[10][11] Türkiyə sərhədinə qədər uzanacaq daha yeni bir hissənin tikilməsi planlaşdırılırdı,[10] ancaq davam edən vətəndaş müharibəsi bu layihənin gerçəkləşməsini təxirə salmışdır.[12]

Tarix[redaktə | mənbəni redaktə et]

Suriyanın neft yataqlarının birində mancanaq dəzgahı.

Ölkədəki neft kəşfiyyatı hələ Suriya Fransa mandatı olduğu dövrdə – 1933-cü ildə Iraq Petroleum Company (Shell, BP, Exxon-Mobil, Total və Gulbekian şirkətlərindən ibarət korsorsium) tərəfindən aparılmışdır, ancaq 11 quyu qazdıqdan və heç bir nəticə əldə etmədikdən sonra şirkət Suriyada neft tapmaq ümidini itirmişdir. 1949-cu ildə Suriya Prezidenti Şükrü əl-Qüvvətli ABŞ-nin İllinoys ştatından olan azad neft istehsalçısı Ceyms U. Menhallı (1881–1974) Suriyaya neft tapmağa dəvət etmişdir. Onun "James W. Menhall Drilling Company" şirkəti 17 may 1955-ci ildə Suriya parlamentindən konsessiya almışdır. Şirkət qazıntı işlərinə növbəti ilin aprel ayında başlamışdır. 1956-cı ilin sentyabr ayında Menhall 1 milyard barreldən çox ehtiyata malik Karatçok neft yatağını kəşf etmişdir. Hərəsi təxminən 4,000 barrel (640 m3) xam neftə malik altı müntəzəm quyu qazılmışdır. Menhall 500 milyon barreldən çox ehtiyata malik olan Riməlan neft yatağını qazmağa başlamağa hazırlaşırdı, amma 5 oktyabr 1958-ci ildə Birləşmiş Ərəb Respublikasının prezidenti səlahiyyətinə sahib olan Misir prezidenti Camal Əbdül Nasir Menhallın konsessiyasını geri götürmüş, onun alətlərini və iki üç mancanaq dəzgahını kompensasiyasız əlindən almışdır. Ərəb Sosialist Dirçəlişi Partiyası rəhbərliyi altındakı Suriya hökuməti bu günə kimi şirkətə kompensasiya verməkdən imtina etmişdir. Suriya neft sənayesi Karatçok neft yatağı Homs şəhərində yerləşən nefttəmizləyən zavoduna boru kəmərinin çəkilməsi tamamlandıqdan sonra 1968-ci ildə kəskin şəkildə inkişaf etmişdir, fəqət Suriya neft ixracatına 1980-ci illərin ortalarında başlamışdır.[13]

2009-cu ildə Suriyanın ümumi neft ixracatı təxminən 148,000 bbl/d (23,500 m3/d) idi.[14] Neft ixracatının hamısı Suriyanın dövlət neft marketinq şirkəti Sytrol tərəfindən bazara çıxarılmışdır. Avropa İttifaqının Suriyaya sanksiyalar qoymasından əvvəl ölkənin istehsal edilən xam neftinin əksəriyyəti Avropa İttifaqına, xüsusən də Almaniya, İtaliyaFransaya ixrac olunurdu. Eurostat qurumunun verdiyi məlumata görə bu ədəd 2009-cu ilsə təxminən 137,400 bbl/d (21,840 m3/d) idi.[15] 2010-cu ildə Avropa İttifaqının bütün üzv dövlətləri Suriyanın neft ixracatına cəmi 4.100.000.000 ABŞ dolları xərcləmişdir.[16]

Suriyadakı yerli neft ixracatçıları arasında 1968-ci ildə[17] Dəməşq şəhərində təsis edilən Altoun Group var.[18] Şirkətin sahibi – Səlim Altun 2012-ci ilin may ayında Avropa İttifaqının sanksiya siyahısına daxil edilmişdir.[19]

Suriyada vətəndaş müharibəsi 2011-ci ildə başlamışdır və hələ də davam edir. Həmin il Suriyanın əhəmiyyətli ticarət əməkdaşları Suriyanın neft və iqtisadiyyat sisteminə beynəlxalq sanksiyalar qoymuşdur, bu isə ölkənin neft sənayesini məhv etmişdir.

Çətinliklər[redaktə | mənbəni redaktə et]

Çatdırılma ölkələrinə görə Suriyanın 2010-cu ildəki neft ixracatının cədvəli.[qeyd 1]

Vətəndaş müharibəsi və ölkəyə qoyulan beynəlxalq sanksiyalardan başqa, Suriyanın neft sənayesi müxtəlif çətinliklərlə üz-üzə durur. Suriyanın neft istehsalı nisbəti 1995-ci ildəki 610,000 bbl/d (97,000 m3/d)-dən 2010-cu ildəki 385,000 bbl/d (61,200 m3/d)-ə kəskin şəkildə düşmüşdür. Bununla bərabər ölkədəki neft istehlakı da artır, bu isə Suriyanın son on il ərzində neft idxalçısına çevrilməsi ilə nəticələnə bilər.[3][13] Bunun qarşısını almaq üçün Suriya hökuməti son illərdə yenisən neft yatağı axtarışına çıxmışdır.

Suriyanın neft istehsalının inkişafı ənənəvi olaraq Suriya Ərəb Respublikası Neft və Mineral Ehtiyatlar Nazirliyinin sahibləndiyi Syrian Petroleum Company (SPC) şirkətinin mandatı olmuşdur. SPC zəifləyən neft istehsalının və ixracatının qarşısını almaq üçün xarici neft şirkətləri ilə əməkdaşlıq edərək neft yatağı axtarışını və istehsalını artırmışdır. SPC ölkənin neft istehsalının yarısına bir-başa nəzarət edir və xarici əməkdaşlarla işləyərkən gəlirin 50%-ni özünə götürür.[5]

Xarici investisiya istehsal səviyyəsinin inkişafında əhəmiyyətli bir rol oynayır, halbuki Suriyada vətəndaş müharibəsi başlayanda Suriyanın neft ixracatında böyük önəm daşıyan bir sıra ölkə Suriyaya sanksiyalar qoymuşdur. Bu, Qərb şirkətlərinin Suriya ilə işləməsinə qanuni olaraq qarşı çıxır.

Al-Furat Petroleum Company 1985-ci ildə təsis edilən açıq səhmdar cəmiyyətdir. Şirkətin səhmlərinin 50%-i SPC-nın, 32%-i Anglo-Dutch Shell, qalan 18%-i isə China National Petroleum Company şirkətinin korsorsiumu olan Himalaya Energy Syria və Hindistanın Oil and Natural Gas Corporation şirkətlərinin əlindədir.[5] Şirkət hər il təxminən 100,000 bbl/d (16,000 m3/d) çıxarır. 2011-ci ilin dekabr ayında əldə edilən məlumatlara görə Shell Avropa İttifaqının Suriyaya qoyduğu sanksiyalara görə ölkədəki fəaliyyətini təxirə salmışdır.[6]

Deir Ez Zor Petroleum Company SPC və Fransanın Total şirkətlərinin əlində olan bir korsorsiumdur. Total Suriyadakı fəaliyyətinə 1988-ci ildə başlamış və 2008-ci ildə əməkdaşlığını yeniləmişdir. Vətəndaş müharibəsinsən əvvəl şirkət Deyr əz-Zor mühafəzəsindəki neft yataqlarından hər il təxminən 27,000 bbl/d (4,300 m3/d) çıxarmışdır.[20]

Suriyadakı neft istehsalına bir qədər yeni başlayan Böyük Britaniya Gulfsands Petroleum şirkətidir. 2011-ci ilin əvvəllərində şirkətin işlətdiyi neft yataqlarından 20,700 bbl/d (3,290 m3/d) çıxmışdır.[21] 2012-ci ilin fevral əldə edilən məlumatlara görə Gulfsands Avropa İttifaqının Suriyaya qoyduğu sanksiyalara görə ölkədəki fəaliyyətini təxirə salmışdır.[8] Gulfsands şirkəti buna əlavə olaraq, səhmlərin 5.7%-nə sahib olan Bəşər Əsədin yaxın qohumu Rami Maxlufun Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsindən sonra böyük zərər almışdır.[22][23] Ölkədə fəaliyyət göstərmiş digər beynəlxalq şirkətlər arasında Kanadanın Suncor, Polşanın Kulczyk, ABŞ və Misirin IPR, Xorvatiyanın INA, Rusiyanın StroytransgasSoyuzneftegaz var idi.[9][24]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. 2012-ci ildən etibarən cədvəldəki ölkələrin heç biri ölkəyə qoyulan sərt sanksiyalara görə artıq Suriya ilə neft ticarəti aparmır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 IMF Country Report No. 10/86 (PDF). March 2010. səh. 17. 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 noyabr 2018.
  2. Fineren, Danyel. "Factbox: Syria's energy sector". Reuters. 14 avqust 2011. 2011-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  3. 1 2 3 "BP Statistical Review of World Energy June 2011". British Petroleum. pp. 6-8. 15 avqust 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 noyabr 2018.
  4. "BP Statistical Review of World Energy June 2017" (PDF). 14 oktyabr 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 noyabr 2018.
  5. 1 2 3 4 5 6 "Country Analysis Brief: Syria". US Energy Information Agency. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  6. 1 2 "Shell to quit Syria after EU extends sanctions". Financial Times. 2 dekabr 2011. 2012-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  7. "Total: To Stop Operations With General Petroleum Corp Of Syria". Wall Street Journal. 5 dekabr 2011. 2013-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  8. 1 2 "Block 26, Syria". Gulfsands Petroleum. 12 sentyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  9. 1 2 The Report: Syria 2011. Oxford Business Group. 2011. səh. 96. ISBN 1-907065-34-2. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
  10. 1 2 Xinhua News Agency. "Syria Completes First Stage of Arab Gas Pipeline". Downstream Today. 18 fevral 2008. 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  11. "Lebanon Receives Egypt Gas To Run Power Plant". Downstream Today. McClatchy-Tribune Information Services. 20 oktyabr 2009. 2011-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  12. Rzaveya, Gülmira. Natural Gas in the Turkish Domestic Energy Market: Policies and Challenges (PDF). fevral 2014. 38–39. 2022-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-20.
  13. 1 2 "Background Note: Syria". US State Department. 17 avqust 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  14. Tayib, Muvəfa. "2009 Minerals Yearbook: Syria" (PDF). US Geological Survey. 2013-05-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 noyabr 2018.
  15. "Imports (by country of origin) - oil - annual data". Eurostat. 2013-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  16. "Registration of Crude Oil Imports and Deliveries in the European Union 2010" (PDF). European Commission Directorate-General for Energy. 2012-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 sentyabr 2018.
  17. {{cite web |url=https://altoun.en.ec21.com/company_info.html Arxivləşdirilib 2020-08-06 at the Wayback Machine |title=Altoun Group-Company Introduction
  18. "Canada Tightens Sanctions Against Assad Regime". International.gc.ca. 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
  19. Eriksson, Leyf. "Syria: Salim Altoun and the Altoun Group added to the EU sanction list". Othersuns.wordpress.com. 15 may 2012. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2018.
  20. Syria, 2010. London: Oxford Business Group. 2010. səh. 103. ISBN 978-1-907065-16-3. 2020-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
  21. Gulfsands Petroleum Annual Report 2010 (PDF). səh. 18. 13 avqust 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  22. Yanq, Sara. "Gulfsands faces risk of extra EU sanctions on Syria". Reuters. 19 avqust 2011. 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  23. Mason, Rovena. "Syria: Gulfsands Petroleum suspends shares belonging to president Bashar al-Assad's cousin". The Daily Telegraph. 24 avqust 2011. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  24. "Russia launches into oil exploration in Syria" (fars). Le Monde. 25 dekabr 2013. 2018-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.