Surxay Əkbərov

Surxay Əkbərov (tam adı: Əkbərov Surxay Cabbar oğlu; 8 fevral 1954, Zəhmət, Zəngibasar rayonu) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001).[1] “Yıldız” Texniki Universitetinin mexanika‑maşınqayırma fakültəsinin professoru.

Surxay Əkbərov
Əkbərov Surxay Cabbar oğlu
Doğum tarixi 8 fevral 1954(1954-02-08) (70 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi mexanika
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Alma-mater S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika
Təhsili

Surxay Əkbərov 8 fevral 1954-cü ildə Masis rayonunun Zəhmət kəndində anadan olub. 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini “mexanika” ixtisası üzrə bitirib. Ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutuna göndərilib, baş laborant vəzifəsində işləyib.

S.Əkbərov 1978-ci ildə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına daxil olub və Ukrayna SSR EA-nın S.P.Timoşenko adına Mexanika İnstitutuna (Kiyev) ezam edilib. 1981-ci ildə elə həmin institutda “Əyilgən matrisada iki lifin dayanıqlılığının bu dayanıqlılıq itirilən zaman onların qarşılıqlı təsiri nəzərə alınmaqla tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. S.Əkbərov 1983-1985-ci illərdə S.P.Timoşenko adına Mexanika İnstitutunda elmi təcrübə keçib. 1988-ci ildə “Əyilmiş strukturlu kompozit materiallarda gərgin vəziyyət. “Hissə-hissə bircins cisim modeli” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.[2]

1990-1993-cü illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun dağılma mexanikası şöbəsinin müdiri olub. 1992-ci ildə “deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə professor olub. 1993-cü ilin sonundan indiyə qədər “Yıldız” Texniki Universitetində (İstanbul, Türkiyə) professor vəzifəsində çalışır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

1.S.D. Akbarov . “Stability Loss and Buckling Delamination: Three-Dimensional Approach for Elastic and Viscoelastic Composites”, Springer, Heidelberg/ New-York/ Dordrecht/ London, 2012, 440p

2. S.D. Akbarov, A.N.Guz “Mechanics of curved composites”, Kluwer Academic Publishers, Dordrecht/ Boston/ London, 2000, 446p

3. S.D. Akbarov et al “Mechanics of composite materials with curved structures”, 1995, Naukova Dumka, Kiev, 320p. (in Russian)

4. Akbarov S.D. On the Determination of Normalized Nonlinear Mechanical Properties of Composite Materials with Periodically Curved Layers, International Journal Solids and Structures , 1995, Vol. 32, Issue 21, Pp:3129-3143.

5. Akbarov S.D. The influence of the third order elastic constants on the dynamical interface stress field in a half-space covered with a pre-stretched layer, International Journal of Non-Linear Mechanics , 2006, Vol. 41, Issue 3, pp. 417-425.

6. Akbarov S.D. On the dynamical axisymmetric stress field in a finite pre-stretched bilayered slab resting on a rigid foundation, Journal of Sound and Vibration , 2006, Vol. 294, Issue 1, pp. 221-237.

7. Akbarov S.D. Dynamical (time-harmonic) axisymmetric interface stress field in the finite pre-strained half-space covered with the finite pre-stretched layer, International Journal of Engineering Science, 2006, Vol. 44, Issue 1, pp. 93-112.

8. Akbarov S.D. Frequency response of the axisymmetrically finite pre-stretched slab from incompressible functionally graded material on a rigid foundation, International Journal of Engineering Science, 2006, Vol. 44, Issue 8-9, pp. 484-500.

9. Akbarov S.D. Microbuckling of a doublewalled carbon nanotube embedded in an elastic matrix, Internatıonal Journal of Solids and Structures, 2013, Vol 50, Issue 16-17, Pp: 2584-2596.

10. Akbarov S.D. Buckling delamination of elastic and viscoelastic composite plates with cracks: Survey II (Axisymmetric and 3D problems), Mechanıcs of Composıte Materıals , 2013, Vol. 49, Issue 1, Pp:97-106.

  1. "Əkbərov Surxay Cabbar oğlu" (az.). science.gov.az. 2017. 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
  2. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.