Susayqışlaq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Susayqışlaq | |
---|---|
41°39′30″ şm. e. 48°40′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Susayqışlaq kəndi Xaçmaz rayonunun coğrafi şərayitinə görə yüksək məhsuldarlıqlı torpaq sahələri ilə zəngin kənddir. Sovet ittifaqı dövründə kənd ərazizində "Ukrayna" sovxozu adı altında, zəngin kənd təsərrufatı, maldarlıq və bağçılıqla məşğul olan bir neçə kəndi özündə birləşdirən ərazi vahidliyi idi. Kənd Sovetliyi və Sovxoz direktorluğu kənd ərazisində yerləşirdi. Sovxoz ərazi vahidliyinə Maqsud kənd, Şollar, Pərdiqıran kimi kəndləri özündə birləşdirirdi.
Kəndin 11 illik orta təhsil məktəbi, uşaq bağçası, tibb məntəqəsi, zəngin kitabxanası var.
Kənd ərazisi əsasən sıx meşə zolaqlar, təbii bulaqlar, çoxlu sayda artezian su quyuları ilə zəngindir. Kənd əlverişli sahədə yerləşir. Kəndin yaxıınlığında Bakı — Yalama şossesi və Bakı-Yalama dəmiryol xətti keçir. Xudat şəhəri ilə 3 km məsafədədir. susay kendinin yasi bilinmeyen qebirsanligi vardir kendin qedim mescidi var Kənd Samur-Dəvəçi ovalığındadır.
Susay kəndinin əhalisi min nəfərdirdən artıqdır.
Kənd əhalisi əsasən bağçılıq, kənd təsərrufatı, əkinçilik ilə məşğuldur. Kənd təsərrufatı mallarının əsasən pomidor, xiyar, soğan, sarmısaq, kartof, qarğıdalı, lobya kimi növləri geniş yayılıb, Giləmeyvələrdən çiyələk, moruq, böyürtkən, qarağat sahələri də bir sıra ərazilərin illik əkin yerlərinə çevrilib, Bağçılıq sahəsini əsasən, fındıq, qoz, alma, armud, gavalı, zoğal, nar, gilas, albalı, üzümçülük təşkil edir. Əkinçilik sahəsinin əsasını buğda və arpa təşkil edir.
Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |