Xaspoladoba (əvvəlki adı: Qasabovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müşkür kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Qasabovka kəndi Xaspoladoba kəndi adlandırılmışdır.[2]
Xaspoladoba | |
---|---|
41°29′38″ şm. e. 48°49′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 13 m |
Saat qurşağı | |
Xaspoladoba kəndi Samur–Dəvəçi ovalığındadır. Oykonim Xaspolad (şəxs adı) və oba komponentlərindən düzəlib, "Xaspolada məxsus oba" mənasındadır.[3]
Kənd ilə rayon arasındakı məsafə 5 km-dir. Xaspoladoba kəndi qaz, işıq, telefon ilə fasiləsiz təmin olunmaqdadır. Kəndin içməli su təlabatı isə təbii bulaqlar vasitəsilə ödənilir.
Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |