Hacıəlibəy — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd.
Hacıəlibəy | |
---|---|
41°24′15″ şm. e. 48°42′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 233 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2714 |
Kəndin əsasını əslən Quba rayonunundan olan Hacıəlibəy adlı bir şəxs qoymuşdur. Kəndin keçmiş adı Hacıəlibəyqışlaq olmuşdur[1].
Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonununa aid qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Həmin vaxt Şahdağ xalqlarına məxsus ailələr bura köçərək, burada daimi məskunlaşmışdırlar[1]. Nəticədə də qışlaq kəndə çevrilmişdir.
Samur-Dəvəçi ovalığındadır[1].
Kəndin əhalisinin etnik tərkibini Şahdağ xalqlarından olan buduqlular, ləzgilər, tatlar və digər etnik qrupların nümayəndələri təşkil edir.
Kənddə Zülfüqar Arzumanov adına tam orta məktəb fəaliyyət göstərir[2].
Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |