Sutyeska Milli Parkı (bosn. Nacionalni park Sutjeska) — Bosniya və Herseqovinanın 3 milli parkından biri. 1962-ci ildə qurulmuşdur və Bosniya və Herseqovina ilk milli parkıdır. Ölkənin ən hündür dağı olan 2389 metrlik Maqliç dağı Monteneqro ilə sərhəddə — məhz bu milli parkda yerləşir. Bu dağ silsiləsinin Monteneqroda qalan hissəsi Trnovaçko gölünü əmələ gətirir. Avropanın son iki ibtidai meşəsindən birinə sahib olan Peruçitsa Ciddi Qorunan Təbiət Qoruğu milli parkın tərkib hissəsidir.[2][3][4][5] İkinci dünya müharibəsi zamanı 1943-cü ildə burada Sutyeska döyüşü baş vermişdir. EUROPARC Federsiyasının üzvüdür.
Sutyeska Milli Parkı | |
---|---|
bosn. Nacionalni park Sutjeska | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 175 km2 ha |
Mütləq hündürlüyü | 1.690 m[1] |
Yaradılma tarixi | 1962 |
İdarəetmə orqanı | Polşa Ətraf Mühit Nazirliyi |
Yerləşməsi | |
43°20′00″ şm. e. 18°41′00″ ş. u. | |
Ölkə | Bosniya və Herseqovina |
Vilayət | Bosniya Serb Respublikası |
Rayon | Podrinye |
Yaxın şəhər | Fotsa |
npsutjeska.net | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park Bosniya və Herseqovinanın ən qədim milli parkıdır. İkinci dünya müharibəsində döyüşlərə şahid olduğuna görə bu əraziyə 1962-ci ildə milli park statusu verilmişdir.
Milli parkın içində yerləşən Peruçisa meşəsi Ciddi Qorunan Təbiət Qoruğu 1952-ci ildə "Elmi və pedaqoji məqsədlər üçün təbiət qoruğu" statusu ilə yaradılmışdır. Peruvitsa Bosniya və Herseqovinanın 5 Ciddi Qorunan Təbiət Qoruğundan biridir.
Milli park 15 may-16 iyun 1943-cü ildə partizanlarla nasistlər arasında baş vermiş Sutyeska döyüşü ilə tanınır. Partizanlar bu döyüşdə qalib gəlmişdirlər. Bu döyüşdə partizanlara İosip Broz Tito başçılıq edirdi və düşmənin məqsədini puça çıxarmışdır. Partizanların 1/3-ü ölsə də, mühasirəni uğurla yara bilmişdilər. Milli parkın şimalında Tyentiştedə, Peruçitsaya gedən yolun üstündə bu hadisəyə aid memorial qoyulmuşdur.
Sahəsi 175 km2-dır. Milli park şərqdən Pivska dağı (1.775 m) və Piva çayı, cənub-qərbdən Moqliç dağı (2386 metr), Voluyak dağı (2337 metr) və Bioç dağı (2388 metr) ilə, qərbdən Zelenqro dağı (2014 metr) dağı ilə əhatə olunub. Gələcəkdə milli parkın ərazisinin artırılaraq 83,81 km2 sahə (35 km2)-a çatdırılması düşünülür.