Kozara Milli Parkı (bosn. Nacionalni park Kozara; serb. Nacionalni park Kozara) — Bosniya və Herseqovinada yerləşən milli park. Milli park 6 aprel 1967-ci ildə İosip Broz Tito tərəfindən meşələri qorumaq üçün qurulmuşdur. Bosniya Serb Respublikasında, Una, Sava, Sana və Vrbas çayları arasında yerləşir. 33,75 km2 sahəlik sıx meşə örtüyünə və təpəli çəmənliklərinə görə "Kraynanın Yaşıl Gözəli" ləqəbini qazanmışdır.
Kozara Milli Parkı | |
---|---|
bosn. Nacionalni park Kozara | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 175 km2 ha |
Mütləq hündürlüyü | 626 m[1] |
Yaradılma tarixi | 6 aprel 1967 |
Florası | 865 növ |
Yerləşməsi | |
45°00′30″ şm. e. 16°53′30″ ş. u.HGYO | |
Ölkə | Bosniya və Herseqovina |
Vilayət | Bosniya Serb Respublikası |
Rayon | Bosanska Krayina |
Yaxın şəhər | Priyedor |
npkozara.com | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park məşhur ovçuluq bölgəsidir. Burada marallar, qırqovul, tülkü, çöldonuzu, çöl dovşanı və ördəyin ovlanmasına icazə verilir.
Milli parkın kiçik hissəsi təbiət sevərlər üçün nəzərdə tutulub. Ziyarətçilər yürüyüş, velosiped idmanı, bitki yığmaq ilə məşğul ola bilərlər.
Bu ərazilər İkinci dünya müharibəsi zamanı partizanlar tərəfindən istifadə olunub. Buranın kələ-kötür relyefi nasistlər qarşısında onlara üstünlük qazandırıb.
İkinci dünya müharibəsində azadlıq uğrunda qəhrəmanlıqlara görə bu ərazi məşhurlaşmış və 1947-ci ildən burada milli parkın yaradılması üçün işlərə başlanılmışdır. İkinci dünya müharibəsinin xatirəsinə 6 iyun 1957-ci ildə Kozara dağı meşələri tarixi əhəmiyyətli meşələr elan edilmişdir.
Milli parkın yaradılması işlərinə hazırlıq 1959-cu ilin əvvəllərində başlamışdır. Milli parkın yaradılması Kozara müharibəsi zamanı tarixi abidələri qorumaq, regionun təbiətini qorumaq, istirahət və bayramlar üçün şərait yaratmaq, turizmi inkişaf etdirmək kimi məqsədlər güdürdü. 6 aprel 1967-ci ildə Kozara Milli Parkı yaradılmışdır.
Kozara florası haqqında ilk məlumatı 1842-ci ildə fransız Ami Bou tərəfindən "La Turqui d’Europe" əsərində verilmişdir. Bu kitabında Kozaranın diqqətədəyər bitki örtüyü haqqında məlumat vermişdir. Osmanlı dövründə prussiyalı alim Frans Maurer 1868-ci ildə Bosniyaya səyahət etmiş və Kozara dağlarını keçmişdir. O, 1869 və 1871-ci illərdə burada etdiyi səyahət haqqında gündəliyini nəşr etdirmişdir. Kitabında meşələr və digər məlumatlar haqqında fikirlərini vermişdir.
Kozaranın florasının ətraflı öyrənilməsi ilk dəfə 1903-1927-ci illərdə Qünter Bek Manneqetta tərəfindən həyata keçirilmişdir. Onun "Bosniya və Herseqovinanın florası" haqqında kitabında Kozara dağındakı bir neçə yeri təsvir etmişdir. Ərazinin florası Sarayevodakı Milli muzeydə Təbiət Tarix Departmentinin Botanika Şöbəsi tərəfindən 1952-1962-ci illərdə öyrənilmişdir.[2]
Kozara Milli Parkı eyniadlı dağ silsiləsinin mərkəzi hissəsində yerləşir və sahəsi 175 km2-dır. (3907,54 ha) Milli park 7 km uzunluğunda və 3–6 km genişliyindədir.
Milli parkın mərkəzi Mrakovitsadır, Priyedor şəhərindən 24 km, Banya Luka şəhərindən 56 km, Qradişka şəhərindən 43 km uzaqlıqdadır.
Kozara Milli Parkı Kozara dağlarının hidroqrafik düyünüdür. Çayların çoxunun mənbəyi Kozara Milli Parkıdır. Dərin çaylar dərin uçurumlar və dərələr əmələ gətirir. Su hövzələri qobu və dərələrdə ensizləşir və bu mənzərə ziyarətçilərdə böyük təsir buraxır. (Jeçyi Kamen şəlaləsi, Qumlin şəlaləsi və s.) Kozara Milli Parkı sıx su şəbəkəsinə malikdir və çayların çoxu daimidir. Şəbəkə çox geniş və radial ağac tiplidir.
Kozara Milli Parkı florasına görə seçilir. Floranın müxtəlifliyinə edafik, fitoklimotik, oroqrafik faktorlar, bölgənin tarixi inkişafı səbəb olmuşdur. Burada 865 bitki və göbələk növü tapılmışdır. Bu növlərin 117-si göbələk, 11-i şibyə, 80-ni yosun, 657-si ali bitkilərdir. Ali bitki növlərinin 17 növü qıjılar, 114 növü ağaclar (77 növ avtokron, 37 növ allokton), 526 növü otlardır. Burada 33 enliyarpaqlı ağac növü, 2 növ iynəyarpaqlı ağac növü, 30 yarpaqtökən kol növü, 1 iynəyarpaqlı kol növü, 2 sarmaşıq növü and 9 sub-kol növü müəyyən edilmişdir.[3]
Ən geniş yayılmış enliyarpaqlı ağac növü fıstıq ağacı, ən geniş yayılmış iynəyarpaqlı ağac növü küknardır. Milli parkda 19 nadir bitki növü qeydə alınmışdır:
Bir çox yeməli bitki və yabanı meşə meyvəsi növü faydalıdır:
Milli parkda bir çox heyvan növü yaşayır: Avropa cüyürü, çöldonuzu, tülkü, porsuq, dələ, feret, kiçik tülkü, sincab, çöl dovşanı, kirpi, köstəbək, Avropa siçanı, çöl pişiyi, süleysin və s. Burada kəklik, alabaxta, göyərçin, adi qurqur, bayquş, sağsağan, ispinoz, təpəli başdanqara, cənub bülbülü, ağacdələn kimi quş növləri yaşamaqdadır.[4]