Suvalki dəhlizi

NATO-nun silah və hərbi texnikası Suvalki dəhlizində, 20 iyun 2017-ci il.

Suvalki dəhlizi " (ing. Suwalki Gap, pol. Przesmyk suwalski; amerikan hərbi terminologiyasında "SK dəhlizi") — Belarusu Rusiyanın Kalininqrad vilayəti ilə birləşdirən, təxminən 100 kilometr uzunluğunda olan hipotetik quru "dəhlizi"dir.

Hazırda Polşanın Litva ilə sərhədi bu ərazidən keçir.

Dəhlizin adı onun ərazisində yerləşən Polşanın Suvalki şəhərinin adından götürülmüşdür.

Suvalki dəhlizi NATO-nun xarici sərhədlərinin ən həssas hissəsi və mümkün Rusiya təcavüzü üçün ehtimal olunan hədəf hesab edilir. Belə ki, Suvalki dəhlizinin ələ keçirilməsi Baltikyanı ölkələrin (Estoniya, LatviyaLitva) digər NATO üzvləri ilə faktiki quru əlaqəsini kəsə bilər. Ehtiyatda olan polkovnik Viktor Baranetsin sözlərinə görə, 2017-ci ildə NATO-da bəzi generallar hesab edirdilər ki, NATO-nun qüvvələr qruplaşması Suvalki dəhlizi boyunca Rusiyanın təcavüzünün qarşısını 36 saatdan 60 saata kimi dəf edə bilər. Lakin unutmaq olmaz ki, Rusiya ilə NATO arasında hərbi münaqişə olarsa ABŞ-nin yüksək dəqiqlikli silahları altı saat ərzində Rusiyanın əsas infrastruktur obyektlərini məhv edə və onu müqavimət qabiliyyətindən məhrum edə biləcək.

2017-ci ildə Litva ərazisində keçirilən "Dəmir Qurd 2017" təlimi zamanı NATO-nun doqquz ölkəsinin hərbçiləri Suvalki dəhlizinin qorunması üzrə hərbi əməliyyatlara hazırlaşdılar. Bununla belə, bəzi NATO ölkələrinin nümayəndələri Rusiyanı "Qərb-2017" manevrləri zamanı Suvalki dəhlizini tutmağa hazırlaşmaqda ittiham ediblər.

2018-ci ilin sentyabrında Polşanın müdafiə naziri Mariuş Blaşçak Ukrayna və Belarusla sərhəd yaxınlığında 18-ci Mexaniki Diviziyanın yaradıldığını elan etdi. Həmçinin 8 il əvvəl ləğv edilmiş 14-cü Suvalki tank əleyhinə artilleriya alayının bərpası qərara alınıb. 16-cı mexanikləşdirilmiş diviziyanın silahlanması yeni PT-91 əsas tanklarının gəlməsi ilə əlaqədar modernləşdirilir. 2017-ci ilin yanvarından Litvanın Rukla şəhərində və 2017-ci ilin martından Polşanın Orşiş yaşayış məntəqələrində AlmaniyaABŞ-nin himayəsi altında NATO batalyonunun taktiki qrupları yerləşdirilib. Ümumilikdə bölgədə 4000-dən çox NATO əsgəri var. Regionun nəqliyyat infrastrukturu da Polşadan Baltikyanı ölkələrə yüksək sürətli hərbi avtomobil yolunun tikintisi şəklində modernləşdirilir.