Suyab

Suyab və ya Ordukənd - Qırğızıstan ərazisində erkən orta əsrlərdə Böyük ipək yolu üzərində yerləşən Çuy vadisində şəhər.

Suyab şəhərinin xarabalıqları Tokmak şəhərindən 6 km cənub-qərbdə Ak-Beşim kəndi yaxınlığında yerləşir.

Suyab türk tacirləri tərəfindən Böyük ipək yolu üzərində ən şərq yaşayış məskəni kimi V-VI əsrlərdə meydana gəlmişdir. Suyab Çu çayının İran dilində adıdır. 629-cu ildə Suyaba gələn Çin buddist monarxı Syunszyan burada münbit torpaqlar, çəltik və üzüm yetişdirmək üçün əlverişli şəraitin olduğunu qeyd etmişdir. Sartların dövründə türk tacirləri xaqana xərac ödəyirdilər.

Suyab şəhəri Qərbi-türk xaqanlığının paytaxtı olmuşdur. Yayda xaqan Talas vadisindəki Navaketdə öz qərargahına çəkilirdi. Türklər dövlətin təklükəsizliyini, sartlar isə ölkənin iqtisadi rifahını təmin edirdilər.

648-719-cu illərdə Suyab Tan imperiyasının ən qərb qalası rolunu oynayırdı. Əsas dinləri Tanrıçılıq idi. Burada həmçinin buddizm, nestorianlıq, zərdüştlük dinləri də yayılmışdı. Suyabda Qırğızıstan ərazisindəki ən qədim xristian abidəsinin - VII-VIII əsrlərə aid nestorian kilsəsinin qalıqları aşkar edilmişdir [1]. . Görkəmli şair Li Bo məhz burada anadan olmuşdu.

719-cu ildən sonra Suyab onlarla ittifaqda olan türkeşləri məğlub edən çinlilərə verildi. Əsrin ortalarında Çin-Tibet müharibələri zamanı Suyabda Tan imperiyasının qarnizonu yerləşdirilmişdi. 766-cı ildən sonra Suyab şəhəri Uyğur xaqanlığının tərkibində olan qarluqların əlinə keçdi.

VIII əsrin ortalarında Suyab şəhərindən bəhs edən Çin səyyahı Du Xuan xarabalığa çevrilən bu şəhərdə hələ də buddist monastrının fəaliyyət göstərdiyini qeyd etmişdir. 787-ci ildə çinlilər Suyabı tərk etdilər, bundan sonra şəhər haqqında yazılı məlumatlar çox azdır. "Xudud al-alam" əsərində Suyab şəhərində 20 min əhalinin yaşadığı göstərilmişdir.

Suyab şəhəri XI əsrdə Balasaqunda tikinti işlərinin aparılması ilə əlaqədar tamamilə tərk edildi. XIX əsrin sonlarında Vasili Vladimiroviç Bartold səhvən Ak-Beşimdəki Balasaqun xarabalıqlarını Suyab şəhəri kimi qəbul etmişdir. Qədim Suyabın arxeoloji zonası 30 hektar sahəni əhatə edir. Arxeoloji qazıntılar zamanı burada çoxsaylı xristianlıq və buddist dini tikili qalıqları da aşkar olunmuşdur.

  1. "Раннее христианство и тюркский мир Центральной Азии". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.