Suzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Murovdağ silsiləsinin cənubunda yerləşir. Hündürlüyü 2857 m. Ehtimal olunur ki, Suzluq türk dillərindəki suz/süz sözü ilə əlaqədar olub, "təmiz, aydın yer" deməkdir. Görünür, dağın üstündə bitki örtüyu bəsit olduğundan ona belə ad verilmişdir.[1]
Suzluq | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2857 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |