Svini Tod: Flit küçəsinin şeytan bərbəri (ing: Sweeney Todd: The demon barber of Fleet street) - Tim Burtonun rejissoru ilə 2007-ci ildə çəkilmiş musiqili film.
Svini Tod: Flit küçəsinin şeytan bərbəri | |
---|---|
ing. Sweeney Todd: The Demon Barber of Fleet Street | |
Janr | musiqili film[1][2][…], sleşer[3], dram filmi, triller filmi, cinayət filmi |
Əsas mövzu | qisas[d][3], seriyalı qatil[3] |
Rejissor | |
Baş rollarda | |
Montajçı | Kris Lebenzon[d] |
İstehsalçılar | DreamWorks, Warner Bros. |
Distribütor | Paramount Pictures, InterCom[d], Netflix, Amazon Prime Video[d] |
İlk baxış tarixi | 3 dekabr 2007, 21 fevral 2008[10] |
Müddət | 116 dəq. |
Büdcə | 50.000.000 $ |
Gəlir | 152.523.164 $ |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID0408236 |
Vikianbarda əlaqəli mediafayllar |
1846-cı ildə Benjamin Barker dənizçi Antoni Hop ilə birlikdə Londona gəlir. On beş il əvvəl özbaşınalıq edən hakim Töpin Benjaminin arvadı Lusi ilə evlənmək üçün onu şərləyərək sürgün etdirir. Benjamin Barker Svini Tod taxma adını qəbul edir və Neli Lavitin Londonun ən pis piroqlarını satdığı mağazasına gedir. Lavet ona sürgünə göndərildikdən sonra Töpinin Lusiyə təzavüz etdiyini və sonra da arsen ilə zəhərlədiyini deyir. Cütlüyün qızı Cohanna isə Töpinin yanındadır. Tod (Barker) onu qarşılıqsız sevən Lavetin ona köhnə ülgüclərini verdikdən sonra intiqama and içir və bərbər dükanını yenidən açır. Antoni Cohannaya aşiq olur, ancaq Töpin xidmətkarı Bidl Bamford tərəfindən uzaqlaşdırılır.
Tod saxta italyan bərbər Adolfo Pirellenin saç tonikinin aldatmaca olduğunu deyərək onu qınayır və hakimliyi Bamford tərəfindən edilən xalqa açıq taraş yarışında onu pərt edir. Bir neçə gündən sonra Pirelli Todun dükanına gəlir. Pirelli özünü Todun köhnə köməkçisi Deyvi Kollins olaraq tanıdır və Todun ona qazancının yarısını vermədiyi təqdirdə onu əslində kim olduğunu hamıya deməklə təhdid edir. Tod Kollinsi çaydan ilə bir pis döyür, sonra bir sandığa qoyur. Daha sonra onun hələ də yaşadığını görəndə boğacını ülgüc ilə kəsir.
Bamforddan məsləhət alandan sonra Töpin Cohanna ilə evlənmək məqsədiylə üzünü qırxdırmaq üçün Todu ziyarət edir. Tod Töpini taraş edərkən boğazını kəsməyə hazırlaşır. Ancaq bu istək Töpin xəbər tutmamış Cohanna ilə qaçmaq planını açıqlayan Antoni tərəfindən pozulur. Əsəbləşən Töpin oradan gedir. Tod Töpini öldürmək üçün yeni fürsət gözləyərkən mümkün olan qədər çox insan öldürməyə söz verərək bütün dünyadan intiqam almağa and içir. Xanım Lavetin ağlına qurbanlardan keks bişirmək fikri gəlir və Tod buna görə qurbanların cəsədlərini bir qapaqdan sobanın yanına göndərmək üçün bərbər stulu düzəldir. Bu vaxt Antoni birlikdə qaçmaq planlarından xəbər tutduğu üçün Töpin tərəfindən ağıl xəstəxanasına salınmış Cohannanı axtarır.
Bərbərlik və piroqçuluq işlərinin inkişafı ilə birlikdə xanım Lavet Tobini köməkçi olaraq işə alır və laqeyd olsa belə, Toda onunla evlənib dəniz kənarına köçmə planlarından danışır. Antoni Cohannanın harda olduğu tapır və Todun məsləhətinə uyaraq özünü parikçi köməkçisi kimi təqdim edir. Tod Tomi ilə Törpinə məktub çatdıraraq Antoninin Cohannanı xilas edəndən sonra haraya aparacağını bildiyini deyir. Bu hadisələr fonunda Tobi Toddan ehtiyat etməyə başladı və şübhələrini xanım Lavetə danışaraq onu qoruyacğına söz verir.
Bamford piroqçuya gəlir və xanım Lavetə qonşularının bacasından gələn iydən şikayət etdiklərini deyir. Ancaq Tod pulsuz taraş təklif ilə onun diqqətini dağıdır və onu öldürür. Xanım Lavet Tobinin şübhələrini Toda bildirir və ikili cəsədləri gördükdən sonra lağımda gizlənən uşağı axtarmağa axtarmağa başlayır. Bu arada Antoni dənizçi kimi geyinən Cohannanı buraya gətirir və Todu tapmaq üçün ayrılarkən ona burada gözləməsini tapşırır.
Dilənçi qadın Bamfordu axtarmaq üçün dükana gəlir və bu anda Cohanna qorxub sandıqda gizlənir. Qadın görəndə Todu tanıyır, ancaq Törpinin gəldiyi eşidən Tod qadını öldürür və aşağıdakı qapıdan aşağı göndərir. Törpin içəri girərkən Tod Cohannanın tövbə etdiyini və buraya gələcəyini deyir, həm də pulsuz taraş təklif edir. Sonunda Törpin Todun əslində Benjamin Barker olduğunu biləndə Tod onu bir neçə dəfə bıcaqlayır və boğazını kəsərək aşağıya göndərir. Cohanna gizləndiyi yerdən çıxır və Cohannanı tanımayan Tod onu da öldürməyə hazırlaşarkən xanım Lavetin qışqırığı eşidilir. Beləliklə Cohanna sağ qalır.
Tod dilənçi qadının öldüyünə inandığı arvadı Lusi olduğuna və xanım Lavetin onu anlatdığını anlayır. Əsəbləşən Tod onu bağışlayırmış kimi edərək onu diri-diri sobaya atmamışdan əvvəl onunla rəqs edir. Daha sonra Lusinin cəsədini qolları arasına alır. Bu anda Tobi ortaya çıxır və xanım Lavet üçün əsəbləşir. Tod Tobinin öz ülgücü ilə boğazını kəsməsinə icazə verir. Tod ölü arvadının üstündə qan itkisindən ölərkən Tobi oradan ayrılır.