Türk ədəbiyyatı adlar lüğəti (türk. Türk Edebiyatı İsimler Sözlüğü) — türkdilli ədəbiyyatın yazıçı və şairlərinin bioqrafiyalarını özündə əks etdirən internet saytı. Saytda XX əsrin əvvəllərinə qədərki divan, aşıq və təkkə ədəbiyyatı ənənəsindən olan şəxslər haqqında məlumat mövcuddur.[1] Buradakı bioqrafik məqalələr bir çox alim və yazıçı tərəfindən ərsəyə gətirilmiş, redaktorlar tərəfindən nəzərdən keçirilmişdir.[2] Nəzərdən keçirilməsi prosesi başa çatmış məqalələr istifadəyə verilir.[3]
Əhməd Yəsəvi Universitetinin dəstəklədiyi[4] layihədə işlər 1 yanvar 2013-cü il tarixində başlamış və 31 mart 2015-ci il tarixində başa çatmışdır.[5] Bəzi mənbələr tərəfindən "Türk ədəbiyyatının Vikipediyası" kimi təsvir edilmişdir.[6][7]