Qumbaraçı ocağı

Qumbaraçı bayrağı

Qumbaraçı ocağı — Osmanlı dövlətinin hərbi təşkilatında qumbara düzəldən və bunu istifadə edənlərin bağlı olduğu təşkilat. Dünyanın ilk hava topu sinifidir. Qumbara dəmir və ya tuncdan tökülmüş əl bombasıdır.

Qumbaraçılıq Osmanlı dövlətində XVI əsrdə Mustafa adındakı bir topçu bölük başısının ilk tunc qumbara emalatxanasını qurmasıyla meydana gəlmişdir. 1729-cu ildə Osmanlıya iltica edən və müsəlman olduqdan sonra Əhməd adı verilən Qraf Bonneval tərəfindən inkişaf etdirilib yenidən təşkil edildi. 1783-cü ildə Sədrəzəm Xəlil Həmid Paşa qumbaraçılar üçün yeni tənzimləmələr gətirdi və 1792-ci ildə çıxarılan bir nizamnaməyə əsasən qumbaraçıların səlahiyyətləri artırıldı. Qumbaraçılar, Əhməd Paşanın səyləriylə ordunun ən intizamlı və nizamlı sinifi vəziyyətinə gəlmişdir.

Qumbaraçı ocağının islahı ilk olaraq XVIII əsrdə, Qumbaraçı Əhməd Paşa və Sədrəzəm Osman Paşanın istəyi ilə gündəmə gəlmişdir. 1731-ci ildə islah layihəsi hazırlandı və iki il sonra da Üsküdarda Qumbaraçı ocağı quruldu. Beləcə Bosniyadan tutmuş 300 ulufeli qumbaraçı namizədi ilə müxtəlif qalalardan seçilən 300 sipahi qumbaraçılıq təhsilinə başlayaraq qumbara emalatxanasının qurulması yolunda addımlar atıldı. Bir qanun ilə sipahilərin 25 nəfərlik qruplar halında İstanbula gedərək təhsil almaları təmin edildi.

Qapıqulu ocağındakı pozuntular və nizamsızlıq zamanla Qumbaracı ocağına da təsir etməyə başlamışdır. 1826-ci ildə Yeniçəri ocağının topa tutularaq məhv edilməsi əsnasında qumbaraçılar dövlətin tərəfində olaraq topçulara dəstək olmuşdur. Qumbaraçı ocağı Sultan II Mahmud zamanında Asakir-i Mansur-i Muhammədiyyənin yaradılması ilə aradan qaldırılmış, lakin varlığını Sultan II Əbdülhəmid dövrünə qədər davam etdirmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]