Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı (türk. Türk Silahlı Kuvvetleri Genelkurmay Başkanlığı) - Türk Silahlı Qüvvələrinə komandanlıq edən və idarə edən Ankara,Çanqayadakı,ən yüksək hərbi birlik olan Türkiyə Respublikası Baş Qərargah rəisi,Silahlı Qüvvələrin komandanı olaraq,Prezident tərəfindən Türkiyə Respublikasının Konstitusiyasının 117-ci maddaəsinə əsasən təyin olunur. Vəzifə borcuna görə Milli Müdafiə Nazirliyi qarşısında cavabdehdir.[2] Baş Qərargahın binası, 29 oktyabr 1931-ci ildə (Cümhuriyyətin 8-ci il dönümündə) Atatürkün də qatıldığı bir mərasimlə açıldı. Hal-hazırkı Baş qərargah rəisi 10 iyul 2018-ci ildən bəri general-polkovnik Yaşar Gülərdir.
Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı | |
---|---|
türk. Türk Silahlı Kuvvetleri Genelkurmay Başkanlığı | |
Növü | Baş Qərargah |
Yaranma tarixi | 3 May 1920 - günümüz |
Ölkə | Türkiyə |
Tabedir | Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi |
Tərkibi | Türkiyə Silahlı Qüvvələri |
Vəzifəsi |
Silahlı Qüvvələr Komandanlığı |
Sayı |
351.176'i hərbi, |
Qərargah | Ankara |
Ləqəbi | TSK |
Şüarı | Nüfuzlu.Effektiv |
Rəngləri | qırmızı,ağ |
Marşı | Silahlı Qüvvələrin marşı |
Döyüşlər |
Fərat Qalxanı Əməliyyatı Türkiyə-İŞİD qarşıdurması Türkiyə-PKK qarşıdurması Fərat Qalxanı əməliyyatı Zeytun budağı əməliyyatı Sülh Bulağı əməliyyatı Kipr Sülh Hərəkatı Koreya müharibəsi |
Fərqlənmə nişanları |
Türkiyə Silahlı Qüvvələri Şərəf medalı Türkiyə Silahlı Qüvvələri Üstün Cəsarət və Fəraqat medalı Türkiyə Silahlı Qüvvələri Xidmət Tərif medalı Türkiyə Silahlı Qüvvələri Nailiyyət medalı |
Komandanlıq | |
Komandir | general-polkovnik Yaşar Güler |
Məşhur komandirləri | general-polkovnik Mətin Gürak[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Baş Qərargah rəisi Silahlı Qüvvələrin Komandanıdır və aşağıdakı vəzifələri yerinə yetirir:
Baş Qərargah rəislərinin səlahiyyət müddəti 4 ildir. Türkiyə Quru Qoşunları məktəbi 1962 və 1963-cü illər üsyanında iştirak etdiyi üçün 1963 və 1964-cü illərdə məzun verə bilmədi. Bunun təsiri 2000-ci illərdə komandanlıq səviyyəsində özünü göstərdi,komandirlər yaş həddi səbəbiylə vəzifələrində daha qısa qaldılar. Yaşar Böyükanıt və İlkər Başbuğ iki il Baş Qərargah rəisi vəzifələrini icra etdilər. Növbəti Baş qərargah rəisi İşık Koşanər üç il vəzifəsini davam etdirməli oldu və 2013-cü ildən sonra yaş həddi problemi aradan qaldırıldı. Ancaq general-polkovnik İşıq Koşanər,Balyoz çevriliş planının nəticəsində həbs olunmalara qarşı reaksiya göstərmək üçün üç gün sonra 29 iyul 2011-ci il tarixində keçiriləcək Türkiyə Respublikası Silahlı Qüvvələri Ali Hərbi Şurası önündəki bütün qüvvələrin komandirləri ilə birlikdə istefa verdi. Elə həmin gün bütün qüvvə komandirlərinin istefası ilə ən yüksək dərəcəli general-polkovnik Nejdət Özel ilk olaraq Quru Qoşunları Komandanlığı və Baş qərargah Başçısının müavini, 4 avqust 2011-ci ildə isə Baş Qərargah rəisi təyin edildi. General-polkovnik Nejdət Özəl təqaüdə çıxdıqdan sonra general-polkovnik Hulusi Akar,4 avqust 2015-ci il tarixində Ali Hərbi Şurada Baş Qərargah rəisi oldu.[5] 2018-ci ildə Türkiyə Quru Qoşunları komandiri general-polkovnik Yaşar Gülər,Prezidentin fərmanı ilə Baş Qərargah rəisi təyin edildi.[6]
Prezidentin 1 saylı fərmanına əsasən,Baş qərargah rəisi və Ordu,Hava və Dəniz Qüvvələri komandirləri ayrıca Milli Müdafiə Nazirinə tabedir və məsuliyyət daşıyırlar.[2]
Türkiyə Prezidenti (Ali Baş Komandan) | |||||||||||||||||||||||||||||||
Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi | |||||||||||||||||||||||||||||||
Baş qərargah rəisi | |||||||||||||||||||||||||||||||
Türkiyə Quru Qoşunları | Türkiyə Hərbi Hava Qüvvələri komandiri | Türk Dəniz Qüvvələri | |||||||||||||||||||||||||||||
Türkiyə portalı |