Türkiyə Mühəndis və Memarlar Palataları İttifaqı (türk. Türk Mühendis ve Mimar Odaları Birliği) — Türkiyədə bütün memarlar və mühəndislər palatalarının konfederasiyası. İttifaq "1954-cü ildə 7303 saylı qanun və 6235 saylı qanuna dəyişiklik edən 66 və 85 saylı fərmanlarla yaradılmışdır", "Türkiyə Respublikasının Konstitusiyasının 135-ci maddəsində göstərildiyi kimi dövlət qurumu şəklində müəyyən edilmiş korporativ orqan və peşə təşkilatıdır". 2013-cü ilin sonuna olan məlumata görə, ittifaq ümumi üzvlük sayı 445,365 olan 24 palatanı təmsil edir. Baş ofisi Ankaranın Qızılay şəhərindədir.[1]
Türkiyə Mühəndis və Memarlar Palataları İttifaqı | |
---|---|
Yaranma tarixi | 1954 |
Mərkəzi | |
tmmob.org.tr |
2013-cü ilin iyul ayında Ədalət və İnkişaf Partiyası Türkiyə Mühəndis və Memarlar Palataları İttifaqının 2013-cü ildə Türkiyədəki etirazlara verdiyi dəstəyə cavab olaraq, ittifaqın şəhərsalma təkliflərinin təsdiqində rolunu ləğv edən qanun layihəsini həyata keçirmişdir.[2]