Türkiyə kərtənkələsi (lat. Darevskia clarkorum) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.
Türkiyə kərtənkələsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Türkiyə kərtənkələsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Kərtənkələnin orta uzunluğu 55 mm, quyruğu isə iki dəfə böyükdür. Orta hesabla boğaz nahiyəsində 21–25 pulcuq vardır. Bədən nahiyəsində isə 47–56 pulcuq olur. Yuxarı hissəsi erkəklərdə zeytunu-yaşıl, dişilərdə isə qəhvəyi rəngdə olur. Bədənində isə xırfa ləkələr vardır.
Onlar əsasən Türkiyənin şimal-şərqində yayılmışdır. Buradan isə Acarıstanın cənubuna yayılmışdır. Onlar əsasən 900–1200 metr yüksəkliklərdə, dağ meşələrində, qayalıqlarda və çay kənarlarında yaşayırlar. 100–150 metr məsafədə 200 baş kərtənkələyə rast gəlmək olar. Cücülər və onurğasızlarla qidalanır.