Türkiyədə çayçılıq — Türkiyə Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi[1].
Türkiyədə çay bitkisi, əsasən, Qara dəniz sahillərində yerləşən Rizə vilayətində yetişdirilir[2].
Bu ölkədə çay yarpağı istehsalının həcmində qara çay sortlarının böyük payı vardır[2].
Ölkəyə idxal olunan çaylara yerli bazarın qorunması məqsədi ilə 145 % gömrük rüsumu tətbiq edilir[2].