Türkiyə çayı — Anadolu türklərinin özünəməxsus çay hazırlama variantıdır. Belə üsulda çay iki hissədən ibarət olan çaydan vasitəsilə hazırlanır. Türkiyədə bir növ qara çay hazırlanır və Şərqi Qaradəniz sahillərində yetişir. Belə çaya xalq arasında ''Türk çayı'' deyilir.
Ənənəvi olaraq Türkiyə çayı çaydanlıq və dəmlik adı verilən qablarda hazırlanır. Böyük çaydanlığa su, digərinə isə çay əlavə olunur. Qaynamaqda olan su, çay tozunun üzərinə tökülür və bununla da çay əldə olunur. Əgər su çox qoyulsa açıq çay, az qoyulsa tünd çay əldə edilir. Xidmət zamanı çay stəkanı adı verilən kiçik şüşəyə stəkandan əvvəl dəm, sonra isə su qoyulur və ən sonda şəkəri əlavə edilir. Türkiyədə çay, əsasən, Şərqi Qaradəniz və Rizədə yetişir. İlk əvvəl çay fidanını oraya Muğlalı əkinçilik mühəndisi Zehni Dərin ilə Rizeli vəkil Hulusi Karadeniz 1920-ci illərdə Rusiyadan gətirmişdilər.
2004-cü ildə Türkiyə 205.500 tonluq (dünyanın ümumi çay istehsalının 6,4%-i) çay istehsalı ilə dünya üzərindəki ən böyük çay bazarlarından biri olmuşdur. Bundan başqa 2004-cü ildə Türkiyə adam başına 2,5 kq-lıq çay istehsalatı ilə dünya birincisi olmuşdur. İkinci isə İngiltərə olmuşdur.