Türkiyədə məscid memarlığı

Türkiyədə məscid memarlığı — 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasından başlayaraq[1] bu günə qədər Türkiyə ərazisində davam edən məscid memarlığını və bu memarlıq təcrübələri ilə bağlı prosesləri araşdırır.

Cümhuriyyətin ilk illəri

[redaktə | mənbəni redaktə et]

Cümhuriyyətin ilk illərində dövlətin tikinti proqramlarında yeni məscidlərin tikintisi mühüm yer tutmurdu. Bunun ən mühüm səbəbləri Osmanlı dövründən qalan məscidlərin Birinci Dünya müharibəsiTürkiyə İstiqlaliyyət müharibəsindən sonra əhalinin az olması səbəbindən kifayət qədər olması idi. Lakin İkinci Dünya müharibəsinin başa çatması və iqtisadi inkişafın sürətlənməsi ilə həm kəndlərdən şəhərlərə köçün artması, həm də buna paralel olaraq əhalinin artması yeni məscidlərə tələbatı artırdı.

Müasir-Ənənəvi anlayışın qarşıdurmasında iki nümunə: Qocatəpə məscidi və TBMM Məscid Kompleksi

[redaktə | mənbəni redaktə et]

1990-cı illərə qədər Türkiyədə, şəhərlərinin ən önəmli tikililərindən olsalar da, məscidlərin tikintisində əhəmiyyətli memarlıq dəyəri olan məscidlər meydana çıxmadı. Bunun ən əhəmiyyətli iki istisnası Qocatəpə məscidi və TBMM Məscid Kompleksidir. Müasirlik və ənənəvilik arasındakı ziddiyyətin fərqli nəticələri olan, bir-biri ilə davamlı müqayisə edilən iki fərqli tikili, Türk memarlığı tarixində öz sahələrində ən əhəmiyyətli əsərlər sırasında yerlərini tuturlar.

Tikintisi 1967-ci ildə başlanan və ancaq 1987-ci ildə tamamlanan Qocatəpə məscidi ənənəvi memarlıq ilə modernizm arasındakı ən gözəl nümunədir. Pakistanın paytaxtı İslamabadda Şah Feyzal məscidinin dizaynını vermiş Vədat Dalokay, 1957-ci ildə Doğan Təkəlioğlu ilə birlikdə açılan Qocatəpə məscidi layihə yarışmasının qalibi oldu.[2] 1962-ci ildə bünövrəsi qoyulan və tikintisinə başlanan müasir üslubda olan bu məscidin layihəsi sonrakı illərdə məscidi tikdirəcək dərnəyin sədrliyi tərəfindən tikintisi dayandırıldı. Dərnək, 1967-ci ildə memarlıq müsabiqəsi olmadan birbaşa sifariş üsulu ilə bu məscidin layihələndirilməsi vəzifəsini Hüsrəv Tayla və Fatin Uluenginə verdi.[3] İlk müasir dizaynla müqayisədə, sonradan tikilən məscidin üslubu mübahisə və tənqid mövzusu olan klassik Osmanlı məscidi üslubuna daha yaxın idi.[4][5]

1986–1989-cu illər arasında tikilmiş TBMM Məscid Kompleksi, neoklassik monumentallığından uzaq son dərəcə müasir bir məsciddir. Dizaynı,1957-ci ildə başlanan və yalnız 1987-ci ildə tamamlana bilən Qocatəpə məscidinin yaratdığı müasir-ənənəvi, dünyəvi-dini, müasir-postmodern müzakirələr bu məscid üçün də aparılıb.[6] Şəffaf qiblə divarı, minarəsiz və günbəzsiz dizaynı ilə bu layihə bir çox müsbət və mənfi tənqidlərə məruz qalmış, bu dizaynı bir çox mübahisələrə səbəb olmuşdur. Bu məscid kompleksini dizayn edən Bəhruz Çinici və Can Çinici 1995-ci ildə Ağa Xan Memarlıq mükafatına layiq görülüblər.[7][8]

1950-ci illər və planlaşdırılmamış urbanizasiya

[redaktə | mənbəni redaktə et]

Türkiyədə 1950-ci illərdən etibarən sürətlənən gecəqondu məskunlaşmaları və plansız şəhər salma, şəhərlərin qeyri-sağlam və plansız böyüməsi, bu dövrdə məscid tiktikisinə də təlabatı artırdı. Bacarıqlı memarlıq təcrübələrinin olmasına baxmayaraq, bu dövrlərdə tikilmiş məscidlər, ümumiyyətlə, müasir memarlıq anlayışından uzaq idi və keçmişdən qalma memarlıq konsepsiyalarına istinad edilərək tikilirdi.[2]

2000-ci illər və sonrası

[redaktə | mənbəni redaktə et]

Türkiyənin memarlıq tarixində bir çox memarlıq üslubu baxımından önəmli məscid tikililəri olmasına baxmayaraq, onların sayı 2000-ci illərdən sonra artmağa başladı.

Müasir üslublu nümunələr

[redaktə | mənbəni redaktə et]
İstanbulda
  • Hüsrəv Tayla tərəfindən dizayn edilən Şakirin məscidi
  • Hilmi Şenalp tərəfindən dizayn edilən Mərmərə İlahiyyat məscidi
  • Əmrə Arolat tərəfindən dizayn edilən Sancaqlar məscidi
  • Adnan Qazmaoğlu tərəfindən dizayn edilən Yaşıl vadi məscidi
  • İstanbul Hava Limanı məscidi
Ankarada
  • Şəfiq Birkiyə tərəfindən dizayn edilən Beştəpə Millət məscidi
  • Ərkut Şahinbaş tərəfindən dizayn edilən Doğramacızadə Əli Sami Paşa məscidi
Nevşəhərdə
  • Hakkı Atamulu tərəfindən dizayn edilən Dərinquyu Park məscidi
Düzcədə
  • Ərgün Subaşı tərəfindən dizayn edilən Akçaqoca Mərkəz məscidi.[9]
Neoklassik üslubda olanlar
  • Şəfiq Birkiyə və Səlim Dalaman tərəfindən dizayn edilən Taksim məscidi
  • Hacı Mehmed Günər tərəfindən dizayn edilən Çamlıca məscidi
  • Hilmi Şenalp tərəfindən dizayn edilən Ataşəhər Memar Sinan məscidi
  1. "Sevr ve Lozan Antlaşmalarının Başlıca İktisadi Hükümlerinin Karşılaştırılması, M. Murat BASKICI, Mülkiye Dergisi-Cilt:XXVIII-Sayı:242-s.124". 9 Temmuz 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Ağustos 2011.
  2. 1 2 "Türkiye'de 20. Yüzyıl Cami Mimarisi, Doç. Dr. Kemal Kutgün Eyüpgiller, İTÜ Mimarlık Bölümü". Mimarlık Dergisi, Mimarlar Odası Genel Merkezi. 8 Eylül 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Ağustos 2011.
  3. "Kocatepe Camisi ve İlyas Bey Camisi, Doğan Hasol". Yapı Dergisi 75, Ekim 1987. 8 Aralık 2012 tarixində arxivləşdirilib.
  4. ""Kocatepe Camisi'ni Yaptım ama Bu Hiçbirinin Kopyası Değil", Mayıs 2009". Arkitera.com. 23 Eylül 2010 tarixində arxivləşdirilib.
  5. "Modernizmin Gelenekle Uzlaşma Çabası Olarak Cami Mimarlığı, Doç. Dr. C. Abdi Güzer, ODTÜ Mimarlık Bölümü". Mimarlık Dergisi, Sayı 348. 8 Eylül 2020 tarixində arxivləşdirilib.
  6. "Mimarlık ve Kimlik Temrinleri- I: Türkiye'de Modern Yapı Kültürünün Bir Profili, Doç. Dr. Aydan Balamir, ODTÜ Mimarlık Bölümü". Mimarlık Dergisi, Mimarlar Odası Genel Merkezi. 19 Aralık 2015 tarixində arxivləşdirilib.
  7. "TBMM Camii Kompleksi". Arkitera.com. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  8. "TBMM Cami (Meydan-İbadet-Kitaplık) - Behruz Çinici". Mimarizm.com. 15 Eylül 2011 tarixində arxivləşdirilib.
  9. "Sinan'ın torunlarından sürrealist camiler". Radikal Gazetesi. 8 Eylül 2020 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]