Mərmərə İlahiyyat məscidi

Mərmərə İlahiyyat məscidi (tam adı: Marmara Universiteti İlahiyyat Fakültəsi Abdullah Tivnikli Tətbiqat məscidi və Mədəniyyət Mərkəzi; türk. Marmara İlahiyat Camii) — İstanbulun Üsküdar səmtində yerləşən məscid və mədəniyyət mərkəzi.

islam
Mərmərə İlahiyyat məscidi
Yerləşməsi
Ölkə Türkiyə Türkiyə
Bölgə Üsküdar
Şəhər İstanbul
Rayon Bağlarbaşı
Memarlıq
Memarı Hilmi Şenalp
Minarələrin sayı 2
Minarələrin hündürlüyü 57,8 m
Tutumu 3600
Ümumi sahəsi 30.000 m²
Materialı polad, dəmir-beton
Mərmərə İlahiyyat məscidi xəritədə
Mərmərə İlahiyyat məscidi
Mərmərə İlahiyyat məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəlzələ riski səbəbindən sökülən əvvəlki məscidin[1][2] yerində inşa edilən Mərmərə İlahiyyat məscidi, Üsküdar Bağlarbaşıdakı Mərmərə Universiteti şəhərciyi daxilində yerləşir. 2015-ci il oktyabrın 23-də ibadət üçün açılan məscid[3] müasir Türkiyə məscidlərinin önəmli nümayəndələrindən biri hesab olunur.[4] Qarşısındakı meydan və altındakı mədəniyyət mərkəzi də daxil olmaqla, təxminən 30.000 m² tikinti sahəsi[5] və 3600 nəfərlik tutumu vardır.[6] Məscidin memarı Hilmi Şenalpdır.

Məscid, 1982-ci ildə inşa edilən və zəlzələyə davamlı olmadığı üçün 2012-ci ildə sökülən Mərmərə Universiteti İlahiyyat Vəqfi məscidinin yerində tikilib.[7] Məscidin düz qarşısında M5 (Üsküdar-Çəkməköy) metrosunun Bağlarbaşı stansiyası yerləşir.[8] Əsas ibadət yerinə giriş Mahir İz küçəsindən çıxan geniş ön həyət vasitəsi ilədir. Bu həyətyanı sahə cənazə namazı üçün istifadə olunur. Aşağıda yerləşən 4 mərtəbəli binada foye, konfrans zalı, rəsm qalereyası, sinif otaqları, kitabxana və yeməkxanalar vardır.[4][5]

Bütün kompleks üçbucaqlı ərazidə tikilib. Ərazinin üç tərəfində konfrans zalları; Qərb tərəfdə 134 nəfərin eyni vaxtda dəstəmaz ala biləcəyi dəstəmaz yerləri vardır.

Məscidin tikintisi zamanı, bütün kainatın fırlanma hərəkəti fikrindən ilham alınmışdır.[6] On ikibucaqlı planlı, ikimərtəbəli məscidin bir mərtəbəsi meydanın yuxarı hissəsi, digər mərtəbəsi isə yerin altıdır. İki mərtəbəyə iki ayrı əsas giriş vasitəsilə daxil olmaq olar. Mərtəbələr arası giriş bina daxilində liftlər və pilləkənlərlə təmin edilib. Məscidin hər iki mərtəbəsi günbəzlə örtülmüş mərkəzi plan sxeminə malikdir. Yuxarı mərtəbənin mərkəzində, günbəzin parlaq şüşə açılışının altında, məscid şəkilli çeşmə vardır.[4]

Hündürlüyü 57,8 m olan və klassik minarə dizaynından uzaq olan binanın iki minarəsi qiblə divarı istiqamətində yerləşir. Minarələrdə eyvanların yerinə almaz formalı türk üçbucaqlarından təşkil olunmuş bölmə vardır.[4]

  1. "Marmara Üniversitesi İlahiyat Fakültesi Camisi ibadete açıldı". 24 Ekim 2015 tarixində arxivləşdirilib.
  2. "Anadolu Ajansı". 25 Ekim 2015 tarixində arxivləşdirilib.
  3. "İlahiyat Fakültesi Camisi ibadete açıldı". haberturk.com. 7 Ocak 2017 tarixində arxivləşdirilib.
  4. 1 2 3 4 "Çağdaş camii tasarımında yenilikçi bir yaklaşım. Marmara İlahiyat Cami; plan ve iç mekân özellikleri" (Türkçe). 31 Mart 2018. ISSN 1306-3375. 1 Ocak 2023 tarixində arxivləşdirilib. (#first_missing_last); (#first_missing_last)
  5. 1 2 "Marmara Üniversitesi İlahiyat Fakültesi Camii ve Kültür Merkezi" (türk). 1 Mayıs 2016. (#archive_missing_date) tarixində arxivləşdirilib. (#first_missing_last)
  6. 1 2 "Marmara Üniversitesi İlahiyat Fakültesi Abdullah Tivnikli Tatbikat Camii" (Türkçe). 1 Ocak 2023 tarixində arxivləşdirilib.
  7. "Marmara İlahiyat'ta modern cami yükseliyor | STAR". 4 Şubat 2020 tarixində arxivləşdirilib.
  8. "Marmara İlahiyat Camii Nerede? Marmara İlahiyat Camisi Tarihi, Özellikleri, Hikayesi Ve Mimarı Hakkında Bilgi" (Türkçe). 17 Eylül 2020 tarixində arxivləşdirilib. (#first_missing_last)