Türkiyədə uyğurlar — Türkiyədə yaşayan və ya Türkiyə vətəndaşı olan uyğur əsilli şəxslər.
Anadolu türkləri ilə uyğurlar arasında əlaqənin uzun bir tarixi var.[1] Uyğurlar tarixən Türkiyə ərazisində məskunlaşmışdılar. Ərətna bəy əslən uyğurdur, Ərətna bəyliyinin əsasını qoymuş və eyni zamanda uyğurları bəyliyin ərazisinə köçürmüşdür. Həmçinin, 1980-ci illərdən ÇXR-da Şərqi Türküstan münaqişəsi səbəbilə uyğurlar Türkiyəyə köçmək üçün Şərqi Türküstanı kütləvi şəkildə tərk etməyə başlamışdılar.[2] 2000-ci ildə Türkiyədə 10,000 uyğur var idi, 2009-cu ildə bu rəqəm 50 minə çatmışdır. 2018-ci ildə Mərkəzi Asiyadan uyğurların axını olmuş və onların sayı 150 minə qədər artmışdır.[3] 2022-ci ilin məlumatına görə, Türkiyədə 200 mindən çox uyğur yaşayır.[4]