Türklərdə oxçuluğun və xüsusilə atlı oxçuluğun əhəmiyyəti daha qədim tarixi zamana qədər uzanır. Təxminən e.ə. 5000-dənn etibarən Altay və Tanrı dağları və ətrafında ortaya çıxan, daha sonra da Orta Asiyaya tamamilə hakim olan "Atlı Bozqır mədəniyyətində" atlara və oxçuluğa böyük əhəmiyyət verilirdi.[1] Tarixdəki Türk atlı oxçuları, dörd nalla gedərkən eyer üstündə dönüb arxaya ox ataraq hədəfə tam sərbəst ox atma ustalıqlarıyla tanınmışlar.[2]
Dünyada "Part atışı" olaraq adlandırılan at üzərində geriyə doğru edilən ox atışının ən müvəffəqiyyətlisini Türklər etmişdir. Türk qəhrəmanı Tarkanlar tolgalarına şahin tükü taxma haqqı yalnız Part atışını müvəffəqiyyətli bir şəkildə yerinə yetirə bilənlərinə verilmişdir.[3] Vur-qaç, geri çəkilmə və düşmənin ətrafını mühasirəyə alma kimi taktikalar Türk atlı oxçularının istifadə etdiyivə bir çox zəfərlərdə əsas rol oynayan taktikalarıdır. Türk dastanlarından Oğuz Xaqan dastanında ox və yay, simvolik mənalarla iştirak etməkdədir.
Türk mədəniyyətinin keçmişində oxçuluq geniş bir sahədə əhəmiyyətə sahib olmuşdur. Orta Asiyada dolanışıq qaynağı və hərbi manevr xüsusiyyəti olan ov etmə, Türk atlı oxçuluğunun inkişafını təmin etmişdir. Türklər bu bacarıqlarını Orta Asiyadan Anadoluya daşımışdır. Döyüşçülük, ovçuluq, idmançılıq kimi sahələrin xaricində ictimai sahədə də oxçuluq çox əhəmiyyətli olmuşdur. Məsələn hərbi bayramlarda, dini mərasimlərdə müxtəlif idman oxçuluq yarışları ictimai həyatda yer almışdır. Asiya coğrafiyasında köçəri yaşayan Türklərin ox və yay istehsalında istifadə edilən xüsusi vəsait və texnikaları gizli bir şəkildə nəsildən-nəslə keçməsi, texnoloji fərq sayəsində digər xalqlara qarşı Türklərə üstünlük vermiş və silah düzəldən ailəyə ictimai həyatda üstünlük qazandırmışdır.
Türklər at üzərində irəli, geri və yanlara ox atma mövzusunda ustalaşmışdılar. Anna Komnena bu mövzu haqqında belə demişdir: "Bir Türk hücuma keçmişdirsə, düşmənini ox ataraq haqlar. Özü qovalanırsa, oxları sayəsində üstün gəlir. Atdığı ox uçaraq ata və ya atlıya batar. Ox çox güclü bir əllə dartılmışdırsa, gövdəni deşib keçər. Türklər həqiqətən çox usta oxçulardı".[4] Dr. Paul E. Klopstegin 1929-ci ildə nümayiş etdirdiyi "Türk oxçuluğu və Mürəkkəb yay" adlı kitabında və Ralph Payne-Gallweyinin "Orta əsr və daha sonrakı dövrün Türk və digər Şərq oxları" adlı əsərlərində ifadə üzrə Türklərin minlərlə il əvvəl reallaşdırdıqları uzaqlıq rekordu uzun illər boyunca qırılmamışdır.
Arxeoloji tədqiqatlardan, yazılı və şifahi qaynaqlardan əldə edilən məlumatlar, oxçuluq ənənəsinin nəsildən nəslə ötürülən təcrübələrini və təlimlərini göstərmişdir. Xüsusilə dövrün qonşu xalqlarının yazılı qaynaqları və mədəni tarixin ən erkən qeydləri, bu təcrübə və təlimlərin folklor formu içində istifadə edildiyini göstərmişdir. Bu məlumatlara əlavə olaraq simvollarla əlaqəli şəkillərin olduğu bəzi erkən yazı sistemi formaları da günümüzə qədər çatmışdır.
Divani lüğətin-Türk kimi qaynaqlar və köhnə kitabələrdə Türklər tərəfindən istifadə edilən döyüş vəsaitləri və anlayışlarından bəziləri bunlardır: "At, ox, yay, qılınc, büktə, xəncər, keş, qurman, oxluq, qın (qılınc və bıçaq qabı), qalxan, süngü, mizraq, cida, nizə, çomaq (toppuz növü), süngü, tuğ, kəmənd, kargu (atəş qülləsi), köbrügə (baraban), yarıq, cövşən (zireh), yosuq, dəbilqə, küpə-yarıq (bədəni əhatə edən zireh). Uyğurlar yay kirişlərini at tükündən düzəldirdilər.[5] Ayrıca qaya şəkillərində və Orkun Vadisindəki Bilgə Xaqan və Kül Təgin abidə məzarlıqlarında reallaşdırılan qazıntılarda fərqli ölçü və xüsusiyyətlərdə ox ucları tapılmışdır. Türk tarixində oxlar yalnız döyüş aləti olaraq deyil, eyni zamanda simvolik mənalarda da istifadə edilmişdir. Hakimiyyət simvolu olduğu kimi eyni zamanda rəsmi sənədlərin bal mumuyla birlikdə damgalanmasında da istifadə edilmişlər. Bunlar xüsusilə qızıl, gümüş, mis və dəmir mədənlərində tətbiq edilmişdir. Yaya sarılan sırmaya "toz", oxun ucundakı dəmir parçaya "temren", oxun arxasındakı tüyeysə "yule" ya da "yelek" deyilmişdir. Yayların daşınması üçün bir qab tapılmamışdır, ümumiyyətlə qola və ya çiyinə asılaraq daşınmışdır, ancaq oxların daşınması üçün xüsusi olaraq hazırlanmış və bəzənmiş örtüklər istehsal edilmişdir.[6]
Metenin düşmənin psixologiyasını pozan və istiqamət təyinində də təsiri olan islıklı oxlar istifadə ifadə edilmişdir. Daha sonra bir çox köçəri qövmün istifadə etdiyi bu "çavuş oxu" adı verilən islıklı oxun icadçısının Mete olduğu qəbul edilir. Mete Xan atasının əmrinə verdiyi 10.000 atlı döyüşçünü bu oxlarla təchiz etmiş və öyrətmişdir. Çin qaynaqlarına görə Mete xaqan əgər oxunu bir istiqamətə yönəltirsə, əmrindəki əsgərlərin hamısı aldıqları təlimlə o hədəfə ox ataraq dərhal yox edərdi. Bir gün oxunu ən sevdiyi atına çevirdi. Əsgərlərindən bəziləri tərəddüd etdi. Bu səbəblə oxunu sırayla tərəddüd edənlərin üzərinə çevirdi. Atına ox atmaqda tərəddüd edən əsgərlərinin hamısı atılan oxlarla öldürüldü. Beləcə kiçiklikdən bəri oynadığı oxunu hədəfə çevirmə oyunu əmrlərinin müzakirə olunmadığını da qazandı. Bir gün əmrində dəmir intizamı ilə yetişdirdiyi 10 min əsgər varkən oxunu ova çıxan atasının üzərinə çevirdiyində əsgərlərindən heç biri tərəddüd etməmişdir.[7][8]
İslamın ilk illərində oxçuluğun digər silahlardan fərqli olaraq əhəmiyyətli bir yeri vardır. Bu səbəblə Türklərin İslamı qəbul etməsindən sonra Türk oxçuluğuna verilən əhəmiyyət dini bir məna da qazanmışdır. İslamda oxçuluqla əlaqədar 40-a qədər hədis olduğu məlumdur.[9] Bizanslı tarixçi Genesios və Kedrenosa görə Orta Asiyadan Anadoluya köçən Türk oxçularının müvəffəqiyyətləri bu şəkildə ifadə edilməkdədir: 22 İyul 837-ci ildə Xəlifə Mötəsimin əmrində Orta Asiyadan gələn türklərdən ibarət olan birlikləri Bizans qoşunları Anadoluda, Dazimon qəsəbəsində qarşı-qarşıya gəlirlər. Səhər başlayan döyüşdə Bizans süvariləri xəlifənin qoşunlarını dağıdır, yalnız Türk oxçuları dayanırlar. Türk oxçularının ox yağışları qarşısında Bizans süvariləri üzbə-üz vuruşma fürsəti tapa bilməyib, ancaq birdən başlayan leysan yağışında oxçuların yay kirişləri boşalır və Bizans qoşunları qaçmağı bacarır. Yorgo Kedrenos bu ifadəni işlədibdir: "Əgər yağış (gündüz deyil də) gecə yağsaydı, imperator və əsgərlər öləcəkdi." Bizanslılar da usta oxçular olmalarına baxmayaraq (İmperator İustinianos zamanında bu xüsusiyyətləriylə fərqlənmişdilər.) IX əsrdə zamanla bu xüsusiyyətlərini itirmişlər. "Müdrik" ləqəbli İmperator VI Leo (866-912), Tactica adlı hərbi taktikalar kitabında bu ifadəni istifadə etmişdir: "Oxçuluğa romalılar tərəfindən tamamilə laqeyd yanaşılması və bir kənara buraxılmasına görə, bugünkü müvəffəqiyyətsizliklər alışılmış hala gəldi".
Malazgird döyüşündə xüsusilə döyüşün başlanğıcında və sonunda ox atışları əhəmiyyətli olmuşdur. Bizans İmperatoru Rum Diyojen (IV Romanos Diogenes), Alp Arslana bir ox sayəsində əsir düşmüşdür. Nikephoros Bryenniosun ifadəsi belədir: "Türklər imperatorun ətrafını əhatəyə alaraq hər istiqamətdən ox atmağa başladılar. Onu qurtarmaq üçün arxasından gələn sol qanad qüvvələrinin də qarşısını aldılar. Tamamilə yalnız buraxılan imperator, düşmənə qarşı qılıncını çəkərək içlərindən bir çoxunu öldürdü, ancaq ətrafı böyük bir düşmən birliyi tərəfindən əhatəyə alınmışıd. Romanos əlindən yaralanıb, tanındı və hər tərəfdən mühasirəyə alındı. Atı bir oxla vuruldu, heyvan səndəlləyib yerə yıxıldı, minicisini saldı və beləcə Bizans İmperatoru əsir edildi". Bizansın Türk oxçuları qarşısındakı zəifliyi, Bizansı orduda islahat etməyə və Türk atlı oxçuları pullu əsgər olaraq istifadə olunmağa məcbur edilmişdir.
Səlcuqlular Asiya bozqırının atlı oxçuluq ənənəsini davam etdirmiş, Anadoluda da bu qabiliyyətlərini istifadə etmişdilər. Ox və yay Səlcuqlularda yalnız hərbi üstünlük mənasını vermir, eyni zamanda hökmdarlıq simvolu mənasına da gəlirdi. Əsgəri ittifaqlara çağırış mənasını verən "ox göndərmə" ənənəsi, 1000 il sonra etimoloji bir göndərməylə yaşamağa davam etdirilir. Hal-hazırda Anadoluda ictimai hadisələrə rəsmi dəvətdə göndərilən əşyaya "oxuluq", "oxuntu" kimi adlar verilir.
Orta əsrlərdən XIX əsrə qədər Türk oxçuluğu atış texnikası və silah olaraq böyük inkişaf göstərmişdir. XV əsrin ikinci yarısından etibarən oxçuluq Osmanlıda planlı və nizamlı bir idman fəaliyyəti olaraq istifadə edilmişdir, bu məqsədlə da "ox meydanı" adında 34 böyük meydan təsis edilmişdir. Ox meydanlarının özlərinə aid qaydaları, idarəçiləri, xidmətçiləri vardı və buralarda idmançılar yerləşməklə, məşqlər və müsabiqələr təşkil edilməkdə idi. Ox meydanları arasında ən məhşuru İstanbuldakı Oxmeydanıdır. Fateh Sultan Mehmet tərəfindən İstanbulun fəthindən sonra, sahə sahiblərindən alınıb rəsmi olaraq oxçuluq idmanı xidmətinə verilmişdir. Sultan fərmanı ilə meydanın sərhədləri təyin olunaraq sahəyə dırnaqlı heyvan soxulması, ölü basdırılması, ev tikilməsi və sahədə quş uçurdulması qadağan edilmişdir. Mexanizmi açılışı mayda, bağlanışı noyabrda edilərdi. Bazar ertəsi və cümə axşamı günləri də müsabiqələr və atışlar edilməkdəydi. Müsabiqə və işlər xaricindəki günlərdə də idmançılar məşq (sərbəst iş) edərdilər.