Türkmənistan kürdləri — postsovet məkanındakı kürd əhalinin bir hissəsi. XVII əsrdə I Abbas və Nadir şah Xuzistanda yaşayan kürd tayfalarını indiki Türkmənistan sərhədi boyunca yerləşdirmişdilər.[3] XIX əsrdə daha çox sayda kürd sahibsiz torpaq tapmaq və aclıqdan xilas olmaq üçün Türkmənistana köçmüşdür.[4]
Ümumi sayı |
---|
6,097 (0.1%) (1995-ci il siyahıyaalması)[1] 50,000 (təxmin)[2] |
Dili |
Dini |
Qohum xalqlar |
Kürdüstan qəzasının ləğv edilməsindən sonra bir çox kürd Türkmənistana deportasiya edilmişdir.[5] Stalin 1937-ci ildə və 1944-cü ildə bir çox kürdü Qafqazdan Türkmənistana sürgün etmişdir.[6] 1980-ci illərdən bəri Türkmənistan kürdləri hökumət tərəfindən dəstəklənən assimilyasiya proqramlarına məruz qalırlar. Türkmənistan SSR dövründə kürdlərin öz qəzetləri və məktəbləri var idi, lakin Türkmənistan müstəqillik əldə etdikdən sonra prezident Saparmurat Niyazov demək olar ki, türkməndilli olmayan bütün məktəbləri bağlamışdı.[3] Türkmənistan kürdlərinin əksəriyyəti şiədir, kiçik bir azlıq isə sünnidir.[7]
il | Əhali | Qeyd |
---|---|---|
1926 [8] | 2,308 | Türkmənistan SSR-də |
1936 [9] | 1,954 | Türkmənistan SSR-də |
1959 [10] | 2,263 | Türkmənistan SSR-də |
1970 [11] | 2,933 | Türkmənistan SSR-də |
1979 [12] | 3,521 | Türkmənistan SSR-də |
1989 [13] | 4,387 | Türkmənistan SSR-də |
1995 | 6 097 (0,1%) | Türkmənistanda |