Tısbaga ağır hücum tankı

Tısbağa ağır hücum tankı (A39) — İkinci Dünya müharibəsi əsnasında inkişaf etdirilmiş bir ingilis mənşəli ağır hücum silahı konstrukturunda idi, lakin heç vaxt kütləvi istehsal edilməmişdir. Bu tank Ziqfrid xətti kimi güclü möhkəmləndirilmiş əraziləri təmizləmək üçün hazırlanmışdır və nəticə olaraq tankın sürətli və çevik olması yerinə zireh qorunmasına üstünlük verilmişdir.

Tısbağa ağır hücum tankı (A39),
Tipi Ağır hücum tankı
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1946
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruktor Nuffield
Konstruksiya tarixi 1944
İstehsalçı Nuffield
İstehsal illəri 1945-1947
İstehsal sayı 6
Xüsusiyyətləri
Ağırlığı 78 ton
Zireh 178-228 mm (7–9 inç), üst hissəsi 33 mm (1,3 inç)
Mühərrik Rolls-Royce Meteor V12 benzin
Sürət

Yolda: 12 mph (19 km/saat)

Off-road yolda: 4 mil (6 km/saat)
Güc nisbəti 7.7 a.g./ton
Mühərrik gücü 650 at gücü (480 kW)
Əsas silah

Ordnance QF 32 pounder

(94 mm-lik top)
Köməkçi silah 3 × 7.92 mm Besa pulemyotu
Uzunluğu 10 m Gövdə: 7,2 m (23 ft 7 inç)
Eni 3,9 m (13 ft)
Hündürlüyü 3 m (9 ft 10 inç)
Ekipaj 7 (Komandir, nişançı, pulemyotçu, 2 doldurucu, sürücü, köməkçi sürücü)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağır olsa da, 78 ton ağırlığında və asanlıqla daşınmasa belə, etibarlı və yaxşı silah platforması hesab olunurdu[1].

Müharibənin sonuna qədər tısbağanın yalnız bir neçə prototipi istehsal edilmişdir.

Transmissiya sistemi 6 pilləli olub, irəli və geri prinsipinə əsaslanıb. Asqı sistemi burulma çubuğudur. Əməliyyat mənzili 87 mil (140 km) idi.

Tısbağa ağır hücum tankı (A39)
Tısbağa ağır hücum tankı (A39), 1948-ci ildə Reyn Britaniya Ordusu tərəfindən aparılan sınaqlar zamanı iki Diamond T-nin 80 tonluq qoşqusuna qoşularaq çəkilib

1943-cü ilin əvvəllərində, Müttəfiq qüvvələr, gələcəkdəki Avropa istilasına qarşı almanların şiddətli müqavimət göstərəcəyini zənn edirdilər, lakin Üçüncü Reyx ordusu Ziqfrid xətti kimi olduqca güclü şəkildə möhkəmləndirilmiş mövqelərdən müharibə aparırdı. Nəticədə hücum tankları şəklində yeni bir vasitə sinfi meydana çıxdı ki, bu da hərəkətliliyə nisbətən daha yüksək zireh müdafiəsini özündə ehtiva edirdi. Əvvəlcə iş Cromwell tankına əsaslanan Excelsior tankında (A33) cəmləşdi. Çörçill tankının zirehlərini artırmaq üçün də bir proqram var idi. Uzaq Şərqdə oxşar iş üçün, Valentine tankına əsaslanan Valiant tankı (A38) seçilmişdi, lakin onun ağırlığının olduqca az olduğu göstərildi, lakin buna baxmayaraq bu tank da, nəzərdən qaçmadı.

Müharibə üzrə Dövlət Katibliyi və Təchizat Nazirliyi, 1943-cü ilin aprelində hücum tankı üçün qeyri-müəyyən bir spesifikasiya verən Birgə Memorandum imzaladılar, buna əsasən yeni yaradılacaq vasitə 79-cu Zirehli Bölmənin bir hissəsi olaraq ağır müdafiə olunan bölgələrdə fəaliyyət göstərmək üçün xüsusi təyinatlı bir vasitə kimi təsnif edildi.

Nuffield Təşkilatı 1943-cü ilin may-1944-cü ilin fevral ayları arasında hazırlanan 18 ayrı dizaynla (AT1-dən AT18-ə kimi) cavab verdi, hər dizayn sonuncudan daha böyük və ağır idi. 1944-cü ilin fevral ayında AT16 dizaynı tamamlandı və Tank Kollegiyası tərəfindən təsdiq edildi, o ayın 25-dən etibarən prototiplərlə maraqlanmadan birbaşa model mərhələsindən istehsal olunmasını və 1945-ci ilin sentyabrında istismar üçün təqdim edilməsini məsləhət gördü və həmin qərar qəbul edildi. Müharibə İdarəsi tərəfindən 25 ədəd tank üçün sifariş verildi və işlərə başlanıldı.

Müharibə bitdikdən sonra sifariş azalmış və yalnız altı ədəd texnika istehsal edilmişdi. Bir nümunə sınaq üçün Almaniyaya göndərildi ki, burada onun mexaniki cəhətdən etibarlı və güclü, həmçinin dəqiq silah platformasına malik olduğu aşkar edildi. Ancaq 80 ton ağırlığında və 10 fut hündürlüyündə (3.0 m) idi, həmçinin çox yavaş olduğundan daşınması da çətin idi.

Hücum tankındakı ən önəmli tələb, rəqibin güclü şəkildə möhkəmləndirilmiş mövqelərinə hücum edə bilməsi üçün tankın güclü zirehinin olmasıdır. Bu, bir qüllə dizaynının zəif nöqtələrini qarşısını almaq üçün vahid parça qazamat (tankın qalın zirehinin içində silahların atəş aça bilməsi üçün nəzərdə tutulmuş xüsusi sahə) olaraq düzəldilmiş çox qalın bir zirehə malik olan Tısbağa ağır hücum tankının yaradılmasına gətirib çıxardı. Bu, müharibə dövrünün digər hücum tanklarının - Excelsior tankı və T14 hücum tankının dizaynından fərqlidir.

Tısbağa bir qüllə yerinə sabit bir qazamat üst quruluş sisteminə malik olduğuna görə, idarə edilə bilən bir silah və ya tank deyil, hücum silahı kimi təsnif edilə bilər. Ekipajı 32 kiloluq silah üçün iki yükləyici və iki pulemyotçu, habelə komandir, sürücü və tuşlayıcıdan ibarət idi.

Daxili üç hissəyə bölünür: ön tərəfdə ötürücü, mərkəzdə ekipaj və arxada Rolls-Royce Meteor mühərriki. Asqılar gövdənin hər iki tərəfindəki dörd bojidən ibarət idi. Hər bir bojidə iki cüt təkər vardı və hər bir cüt eninə burulma çubuğuna bağlanmışdı. Merritt-Brown transmissiyası tam sürətlə tərs ötürücüyə yerləşdirilmişdi və təxminən eyni sürəti həm geri, həm də irəli verirdi.

Ordnance QF 32 funt silah dizaynı ingilis 3.7 düymlük zenit silahından uyğunlaşdırılmışdır. Sursatı ayrı bir qab və mərmi istifadə edirdi, ikincisi 32 funtluq (14.5 kq) zireh dağıdıcı mərmilərdən (APCBC) istifadə edirdi. Sınaqlarda, silah təxminən 1000 metr məsafədəki Alman Panther tankını məhv etməkdə uğurlu olduğunu sübut etdi.

32 pdr silahı güc təchizatlı məhdud tranvers montajına quraşdırılmışdır; daha ənənəvi trunnionlara quraşdırılmaq əvəzinə, 225 mm zirehlə qorunan gövdənin önündəki böyük bir top montajından çıxarılmışdı. Sol tərəfində zirehli top montajında bir Besa pulemyotu var idi. Daha iki “Besa” pulemyotu, gövdənin üstündəki qüllənin sağ tərəfinə quraşdırılmışdı.

Mövcud prototipləri

[redaktə | mənbəni redaktə et]
Tısbağa Tank Muzeyində (2008)
  • Yüngül poladdan hazırlanmış altı prototip Tısbağa, İngiltərənin Bovinqton şəhərindəki Tank Muzeyində qorunur. Texnika işlək vəziyyətdədir. 2011-ci ildə aparılan əsaslı təmirdən sonra 1950-ci illərdən bəri ilk dəfə olaraq texnikanın öz gücü ilə işlədiyi görülmüşdür[2]. 2011-ci ilin iyununda Bovington muzeyindəki texnikaların illik olaraq ictimaiyyətə nümayiş olunduğu Toningfest sərgisində nümayiş etdirilmişdir.
  • Silahsız bir Tısbağa, Şotlandiyanın, Kerkubri şəhəri yaxınlığındakı Kerkubri hərbi təlim sahəsindədir[3]. Tankın digər zərərləri və Kerkubri təlim sahəsinin Xüsusi Elmi Maraqlar Sahəsi olaraq təyin edilməsi, Tısbağanın muzeyə aparılmasının mümkünsüz olduğunu göstərir.
  • Başqa bir Tısbağa 1970-ci illərin əvvəllərində Dorsetdə yerləşən Lulworth Rangesdə hədəf kimi istifadə edilmişdir. 1974-cü ilin avqust ayına qədər qabıqdan biraz daha çox idi.
  1. Book-Fletcher-Universal Tank|page= 90
  2. The Tank Museum, Tortoise to Run for First Time in 60 Years, 27 may 2011, Archived from the original on 22 fevral 2015
  3. "Kirkcudbright Training Area". Royal Commission on Ancient and Historical Monuments in Scotland. 22 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 July 2011.