Təbriz küçəsi — Bakı şəhərinin Nərimanov rayonunda Fətəli xan Xoyski küçəsinə və Heydər Əliyev prospektinə paralel küçə. Küçə İranın beşinci böyük şəhəri, Azərbaycanlıların mənəvi paytaxtı hesab olunan Təbriz şəhərinin adını daşıyır. Küçənin keçmiş adı Çapayev olmuşdur.
Təbriz küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Rayon | Nərimanov |
metro | Nərimanov |
Tunel Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində yerləşməklə hərəkətin svetoforsuz tənzimlənməsinə xidmət edir. Tunelin tikintisinə 2010-cu ilin aprelində başlanılıb. Tunel yerləşdiyi ərazinin ümumi görünüşü ilə uzlaşdırılmışdır. Tunelin içərisində və üstündə quraşdırılan işıq dirəkləri yol ötürücüsünün həm gözəl görünüşünə, həm də hərəkətin tənzimlənməsinə imkan yaradır. Tunelin sağ və sol tərəflərində salınmış yardımçı yollar da müasir standartlara cavab verir.[1]
29 dekabr 2010-cu ildə Prezident İlham Əliyev tunelin rəsmi açılışında iştirak etmişdir.[1]
Tunelin ümumi uzunluğu 274 metrdir. Örtülü hissəsinin uzunluğu 26 metr, hündürlüyü 5 metr, eni isə 17,5 metrdir. Tunelin tikintisinə daxil olan yan yolların uzunluğu 1012 metr, eni 5,5 metr, giriş yollarının uzunluğu isə 430 metrdir. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 4 zolaqda tənzimlənir. Yan yollarla birlikdə hərəkət 6 zolaqlıdır.[1]
Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunmuş, yüksək səviyyədə işıqlandırma sistemi qurulmuşdur. Tunelin üzərində paslanmayan metaldan dekorativ konstruksiyalar qurulmuş, ətrafda yaşıllıqlar salınmış, ağac və kollar əkilmiş, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulmuş, rahat piyada səkiləri salınmışdır. Tunelin tikintisində ümumilikdə 5800 ton asfalt və 9 min kubmetr beton qarışığından istifadə olunmuşdur.[1]
Küçə Ceyhun bəy Hacıbəyli küçəsi ilə kəsişmədən başlayaraq Əliyar Əliyev küçəsində bitir.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |