Təbriz Cizgi filmi Muzeyi (fars. موزه کارتون تبریز) — Təbriz şəhərində yerləşən muzey. 2002-ci ildən Təbriz şəhərində keçirilən illik karikatura müsabiqəsi bu muzeydə keçirilir.[1]
Təbriz Cizgi Filmi Muzeyi | |
---|---|
Açılış tarixi | mart 2007 |
Ölkə | |
Yerləşir | Təbriz, İran |
38°04′53″ şm. e. 46°16′31″ ş. u. |
Təbriz Cizgi Filmi Muzeyi İranın ilk və tək cizgi filmi və karikatura muzeyidir. Bu karikatura və cizgi filmi muzeyindən rəsmi olaraq dünyada cəmi 5 ədəd mövcuddur. Bolqarıstanın Qabrovo şəhərində yerləşən Yumor və Satira Evindən sonra dünyada yerləşən ikinci ən geniş muzeydir. Bu muzey dünya karikatura və cizgi filmi muzeyləri rəhbərlərinin illik ikinci toplantılarını ev sahibliyi edir. Bu toplantılara İtaliya, Fransa, Türkiyə, Azərbaycan, Suriya və Belçikadan nümayəndələr qatılır.
Muzey 2007-ci ilin mart ayında Təbriz İncəsənət Mərkəzinin qərb hissəsində yaradılmışdır. Mədəniyyət departamentliyinə tabe olsa da, illik müdcəyə malik deyildir. Muzey karikaturaçılarının illik gəlirləri və dövlətin yardımları hesabına öz fəaliyyətini təmin edir.
Muzey iki qalereyadan ibarətdir. Burada müəllifi dünyanın ən görkəmli karikaturaçıları olan 60 orijinal əsər saxlanılır. Muzey həmçinin siniflərə, kitabxanaya və idminstrativ bölməyə malikdir. Muzeyin arxivində yüzlərlə ölkədən iki mindən çox orijinal əsər saxlanılır. Muzey Təbriz şəhərinin karikaturaçıları ilə birlikdə hər il onlarla festival təşkil edir. Buna misal olaraq 12 bölməlik Təbriz festivalını, 6 bölməlik Təbriz Vətəndaşlıq festivalını, Müqavimət festivalını və bəzi milli festivalları göstərmək olar.[2]
Bu muzeydə Maqfurinin 2 nizamnaməsindən əlavə, müxtəlif karikatura posterləri, möhürləri, biznes kartları, karikatura kitabları çap edilmişdir.