Təbriz mehmanxanası (Naxçıvan)

Təbriz mehmanxanasıNaxçıvan şəhərində yerləşən mehmanxana.

Təbriz mehmanxanası
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Naxçıvan Muxtar Respublikası
Tikilmə tarixi 1982[1]
Mərtəbə sayı 13
Memar Tələt Xanlarov
Vəziyyəti Fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Təbriz mehmanxanasının 6-cı, 7-ci mərtəbəsinin interyeri

Mehmanxana Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşir. 13 mərtəbəlidir, 5 ulduz kateqoriyası almışdır. Mehmanxananın qarşısında – Dədə Qorqud meydanında XVIII əsrə aid tarixi-memarlıq abidəsi İsmayılxan hamamıDədə Qorqudun heykəli yerləşir.[2]

Otelin həyətində avtomobil dayanacağı vardır. 100 nəfərlik qonaq üçün nəzərdə tutulmuşdur. 95 nömrə fondu vardır. Bunlardan 1-i apartament – kral dairəsi, 22-si lüks, 18-i studiya, 54-ü isə I kateqoriya nömrələrdir. Mehmanxanada qonaqlara poçt və teleqraf xidmətləri, taksi çağırılması, nəqliyyatın müxtəlif növlərinə biletlərin bronlaşdırılması, turist-ekskursiya xidməti və sair göstərilir.[2]

Mehmanxananın zirzəmi hissəsində uşaq oyun otağı, trenajor zal, adi hovuz, cakuzi hovuzu, sauna, Məşədi İbad hamamı, buxar hamamı olan örtülü hovuz kompleksi yerləşir. Burada həmçinin masaj kabinələri və mulyajlar, əl işləri, qədim məişət avadanlıqları və sair daxil olan mini muzey vardır. Mehmanxananın 13-cü mərtəbəsində 74 nəfərlik banket zalı, 2-ci mərtəbədə 450, 1-ci mərtəbədə isə 300 nəfərlik restoran, 2-ci mərtəbədə 60 nəfərlik kafe-bar fəaliyyət göstərir.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]