Təbrizin mühasirəsi — 1391-ci ildə Qaraqoyunlular ilə Cəlairilər sultanlığı arasında baş vermişdir.
Təbrizin mühasirəsi | |||
---|---|---|---|
Tarix | 1391 | ||
Yeri | Təbriz | ||
Nəticəsi | Qaraqoyunluların Qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Təbrizi fəth edən Qara Məhəmmədin çəkilməsi və Pir Həsən tərəfindən öldürülməsindən sonra qarışıqlıq baş verdi.Təbrizdəki qarmaqarışıqlıq o yerə çatmışdı ki, Təbriz şəhəri bir neçə gündən bir hansısa Cəlair əmiri Təbriz şəhərini ələ keçirirdi[1]Bu əmirlərdən Şeyx əli Məhəmməd ərəb və Məhəmməd xəlil Cahanşahî birləşərək Qara Məhəmmədin təyin etdiyi Qaraqoyunlu əmiri Qara Bistamı öldürdülər.Əmir Çəlik'i isə ələ keçirdilər.Daha sonra isə Əlincə qalası hakimi Cəvhər Xoca'nı çağırdılar.Cəvhər xoca şəhərə gələrək Əmir Çəliy'i mənimsədi və Məlik İzədddin'i şəhərə buraxaraq Əlincə qalasına getdi.[2]Cəvhər xoca əmirlərindən Altun'a Çobanlı oymağını talan etməyini əmr etdi.Ancaq talan etdikdən sonra Xalxali əmiri Mahmud hərşeyə əl qoydu.Ancaq 1389-cu ildə Cəlayiri Əmiri Şah Əli Mahmud Xalxaliyi ələ keçirdi.Mahmudun Satılmış, Məlik Nizamüddin, Ömər Qəzvini adlı əmirləri şəhərdə qalmışdı.[3]Lakin 1391-ci ildə Cəvhər Xocanın ölümünün ardından Əlincə qalasına hakim təyin edilən Altun, Sultan Əhməd Cəlayırin əmriylə Təbriz şəhərini ələ keçirməyə cəhd etsədə Təbriz yaxınlığında Mahmud Xalxali Altuna hücum etdi və məğlub etdi.6 ay Təbrizdə qalan Mahmud Xalxali Xalxal' geri döndü və buraya əmirlərini buraxdı.[4]
İş belə olduqda daxili çəkişmələri bitirərək hakimiyyətini sağlamlaşdıraraq iç istiqrarı sağlayan Qara Yusif ilk iş olaraq Təbriz şəhərini mühasirəyə aldı.Sultan Əhməd Cəlayırın bu olanlar qarşısındaki acizliyi Qara Yusifi dahada cəsarətləndirdi.[5]Qara Yusif qısa sürədə Təbriz şəhərinə girdi və ən mirlərindən Əmir Satılmış və Xəlil'i bir miqdar orduyla buraxaraq Aladağ'a getdi.[6]