Tabuk, (ərəb. تبوك,Tabūk) Ərəbistan yarımadasının şimal-qərbində Səudiyyə Ərəbistanıın Tabuk bölgəsinin mərkəzi şəhəridir
Şəhər | |
Tabuk | |
---|---|
ərəb. تبوك | |
28°23′50″ şm. e. 36°34′44″ ş. u.HGYO | |
Ölkə | Səudiyyə Ərəbistanı |
Bölgə | Tabuk |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e.ə. 1500 |
Mərkəzin hündürlüyü | 750 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 534,893 nəfər (2010) |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Başqa məlum olan adları: Tebuk, Tebûk, Tabûk, Gabûk. Tebük, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin dövründə Mədinə şəhərinin şimalında, Mədinə şəhəri ilə Şam şəhəri arasındakı yolun üzərində yerləşən bir qəsəbə idi. Tabuk ətrafında, Hicri təqviminə ilə Rəcəb, Qriqori təqvimi ilə 630-cu ilin Sentyabr ayında Məhəmməd peyğəmbər buraya Tabuk seferi etmişdir. Quranın Tövbə surəsinin ilk 29-cu ayətində bu səfər haqqına məlumat verilmişdir.
Tabuk şəhəri Osmanlı İmperiyası dövründə İstanbuldan Məkkəyə gələn yolun və Hicaz dəmiryolunun üzərində bir dayanacaq rolu oynayırdı. Tabuk (Âsî Hurma) şəhərinə Nürəddin Şəhid tərəfindən kiçik bir qala tikdirilmişdir.[1]. Mehməd Ədip Əfəndi "Nehcet'ül-Menâzil" adında kitabında o dövürdə Tabuk şəhərinin Âsî Hurma adlandırıldığını yazmışdır.[2].
Tabuk şəhəri yayları isti, qışları isə mülayim olan bir çöl iqliminə malikdir. İstilik yay aylarında 27-46 °C, qış aylarında isə 4-18 °C arasında dəyişir. Bəzən qış aylarında tempratue 6 °C-dən aşağı düşə bilir və don bağlayır. Tabuk Bölgəsinə yağıntı əsasən qış aylarında düşür. Noyabrdan Marta qədər yağışın miqdarı, 50 – 150 mm arasında dəyişir və hər 3-4 ildə bir nadir hallarda şəhərə qar yağır.
Tabuk enni küçələri, ağaçlar ilə çevrilmiş modern bir şəhərdir. Şəhər Həcc ziyarəti üsründə yerləşməsi ilə əlaqəli ticarət mərkəzi olmuşdur. Türkiyə, Suriya, İordaniya, Fələstin Dövləti və Livandan gələn zəvvarlar üçün bir dayanacaq yeridir. Tabuk şəhəri əkinçilik məhsulları ilə xususiylə də çiçəkçilik ilə məşhurlaşmışdır. Bölgədən Avropaya Süsənkimilər ailəsindən çiçək növləri ixrac edilir.
Tabuk şəhərinin 115 km cənub-qərbində Nebatilər dövrüdə (b.e.ə. 166-167) Roma İmparatorunun şərəfinə tikilən Ravafah məbədi vardır.
Tabuk şəhərində Tövbə məscidi kimidə tanınan Peyğəmbər məscidi ilk illərdə palçıq və palma ağacının yarpaqları ilə tavan tikilmişdir. Sonra bu məscid 1652-ci ildə Qanuni Sultan Süleyman dövründə bərpa edilmiş və ən son Kral Feysəl ibn Əbdüləziz tərəfindən Mədinə şəhərindəki Peyğəmbər məscidi oxşar olaraq tamamilə yenilənmişdir.