Tələt Ağalar oğlu Şıxəliyev (1 yanvar 1928[1], Digah, Lənkəran qəzası – 1 iyul 1987[1], Bakı) — Azərbaycan SSR əməkdar rəssamı (1982).
Tələt Şıxəliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Digah, Lənkəran qəzası, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Mükafatları |
Şıxəliyev Tələt Ağalar oğlu 1 may 1928-ci ildə hazırkı Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, Talışxanovlar nəslinin nümayəndəsidir. 1951-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, daha sonra isə təhsilini 1961-ci ildə bitirdiyi Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir.
1962-ci ildən artıq əsərləri respublika və xarici sərgilərdə nümayiş olunan Tələt Şıxəliyev "Abşeron məktəbi" kimi tanınan istedadlı gənc rəssamlardan ibarət "Abşeron qrupu"nun ən istedadlı üzvlərindən birinə çevrilmişdi.[2]
Rəssam 1987-ci ildə, 59 yaşında vəfat etmişdir. T.Şıxəliyev qısa, lakin olduqca məhsuldar yaradıcılıq yolu keçmişdir..[2]
İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Rəssam 1972-ci ildə öz dəsti xəttini tapır, o palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) istifadə etmişdi.[3]
Yaradıclığında daha çox portret janrına müraciət edən rəssamın hər bir obrazı fərdi xüsusiyyəti, həyata baxışı, əhval-ruhiyyəsi ilə seçilir. Bu baxımdan O. Babiçevanın portreti, M. Bayraməlibəyovanın portreti, "Ailə" və s. əsərləri onun yaradıcılığı üçün xarekterikdir.[2]
Uşaq mövzusu rəsssamın yaradıcılığında xüsusi yer tutur. "Oğlumun portreti", "Gənc rəssam", "Qızım yatarkən", "Uşaq və pişik" kimi tabloları uşaq psixologiyasını, onların nağıl dünyasını, istək və arzularını rənglərin sehirli dili ilə açmağa çalışan həssas rəssam qəlbinin ifadəsidir.[2]
Əsərləri respublika və bir çox xarici ölkə muzey və qalereyaların fondunda, şəxsi kolleksiyalarda yer almışdır.[2]