Bu nəsil əsil-nəcabəti olan üç ziyalı ailə ilə yaxın qohum olub: yadigarovlar, vəkilovlar və vəzirovlar. Hər üç nəsil də xalqımızın maarif, mədəniyyət və hərb
tarixinə görkəmli oğullar bəxş edib.
Qaraxan Talış xanlığının əsasını qoyub. Xanlığın siyasi və iqtisadi qüdrətini möhkəmlədən Qaraxan İran təhlükəsindən qorunmaq üçün nizami qoşun təşkil edir. Müstəqil Talış xanlığı yaradır. 1786-cı ildə Qaraxan vəfat etdikdən sonra yerinə oğlu Mir Mustafa xan keçir.
Bəzi tədqiqatçılar bu nəsildən dörd və daha artıq general olduğunu deyirlər. Tədqiqatçı Gülməmməd Məmmədov "Leninçi" qəzetində (2.VIII.1988) çıxış edərək, Talışxanovların dörd generalının adını çəkir.
Seyidlik şəcərəsi dördüncü imam Zeynül Abiddinə (ə.s) çatır. Bununla belə, uzun tarixi dövr ərzində birgə yaşayış və qohumluq əlaqələri səbəbilə Talışxanovlar sonradan türkləşmişlər.[2]