Təmas öncəsi profilaktika

İİV-ə məruz qalmazdan əvvəl profilaktika məqsədli istifadə edilən tenofovir/emtrisitabin kombinasiyası olan Truvada tabletlərinin görünüşü.

Təmas öncəsi profilaktika (ing. Pre-exposure prophylaxis) - Tibb ədəbiyyatlarında ekspozisiyadan əvvəl profilaktika (PrEP) kimi də əks olunmuşdur. TÖP İnsanın immunçatışmazlığı virusuna yoluxmaq ehtimalı olan şəxslərin cinsi əlaqədən öncə qəbul etdikləri dərman vasitəsidir. Bu dərmanı qəbul etmiş şəxslərin HİV daşıyıçısı olan şəxslərlə mümkün cinsi əlaqələri zamanı virusa yoluxmaq ehtimallarını sıfıra endirir. Termin adətən QİÇS-in qarşısının alınması strategiyası kimi antiviral dərmanların istifadəsinə də şamil edilməkdədir.[1]

Təmas öncəsi profilaktika dünyada səhiyyəsi tərəfindən qısaca PrEP olaraq tanınmışdır. Profilaktika tədbirinin yaradılmasındakı əsas strategiya İİV-ə yoluxma riski yüksək olan cinsi aktiv yetkinlər, venadaxili narkotik istifadəsi ilə məşğul olan insanlar və HİV virusuna sahib partnoyrları olan şəxsləri mümkün yoluxma risklərindən qorumaqdan ibarətdir. Serodiskordant cinsi əlaqələr zamanı yüksək yoluxma hallarının qeydə alıması cinsi əlaqə öncəsi mümkün profilaktika proseslərinin inkişaf etdirilməsi zərurətini yaratmışdır.

Serodiskordant cütlərdə tərəflərdən biri HİV+ digəri isə negativ olur və belədə virusa sahib olmayan şəxsin cinsi əlaqədən öncə qorunması zərurəti yaranır.[2] Təlimatlara uyğun istifadə edildikdə, PrEP-in yüksək effektivlik göstəricisinə malik olduğu, HİV-ə yoluxma riskini 99%-ə qədər azaltdığı göstərilmişdir.[3] İİV-in qarşısının alınması üçün ilk PrEP dərmanı - tenofovir disoproksil və emtrisitabin (TDF/FTC; Truvada) 2012-ci ildə təsdiq edilmişdir.[4] 2019-cu ilin oktyabr ayında ABŞ Qida və Əczaçılıq İdarəsi oxşar səviyyəli qorunma təmin edən Truvada ilə yanaşı, emtrisitabin və tenofovir alafenamidin (F/TAF; Descovy) birləşməsini PrEP kimi istifadə etmək üçün təsdiq etmişdir.[5] Ümumdünya Səhiyyə Təşkilatı 2015-ci ildə risk altında olan şəxslərə ağız yolu ilə PrEP həblərini qəbul etməyi tövsiyə etməyə başlayıb. 2021-ci ildə sözügedən təşkilat tərəfindən hazırlanmış təlimata görə Təmas öncəsi profilaktika prosesinin bir necə hazırlıq alt mərhələləri mövcuddur;[6]

  • İİV-ə yoluxma riski yüksək olan hər kəs üçün tenofovir/emtrisitabin kombinasiya PrEP (həb formasında ağız yolu ilə qəbul edilir)
  • Həmcinsləri ilə cinsi əlaqəyə girən kişilər üçün nəzərdə tutulmuş və mövcud situasiya görə istifadə edilən həblər.
  • İİV-ə yoluxma riski yüksək olan tamcins qadınlar üçün nəzərdə tutulmuş dapivirin vaginal həlqəsi.[6]

2021-ci ilin dekabrında ABŞ Qida və Əczaçılıq İdarəsi İİV müalicəsi və dərmanları sahəsində ixtisaslaşmış ViiV əczaçılıq şirkəti tərəfindən istehsal olunan PrEP-in enjekte edilə bilən kabotegraviri (Apretude) növünün ABŞ-da istifadə edilməsinə rəsmən icazə verib. Mütəxəssislər enjektə edilə bilən növün kütləvi formada istifadə edilməsi ilə dünyada daha çox insanın bu dərmandan faydalana biləcəyini və daha əl çatan ola biləcəyini ehtimal etməkdədirlər.

Belə ki, yeni enjektə iynələr 60 gündən 1 dəfə vurulduğu təqdirdə öz təsir qüvvəsini qoruyur və həblərdən fərqli olaraq risk altındakı şəxslərin apteklərə getməsinə ehtiyac qalmır. Dünyanın bir çox yerində hələ də İİV üçün nəzərdə tutulmuş təmas öncəsi profilaktika həbləri apteklərdə satılır və insanların bunları əldə etməsi zaman-zaman stereotiplərə çevirilə bilir.[7]

Tibbi istifadəsi

[redaktə | mənbəni redaktə et]
  1. "Pre-Exposure Prophylaxis". HIV.gov. 2019-12-03. 2022-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-03.
  2. US Public Health Service. "Preexposure prophylaxis for the prevention of HIV infection in the United States - 2014" (PDF). Centers for Disease Control and Prevention (CDC). 11 April 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 15 December 2017.
  3. "Effectiveness of Prevention Strategies to Reduce the Risk of Acquiring or Transmitting HIV". Centers for Disease Control and Prevention (CDC). 2019-11-12. 10 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  4. "Oral PrEP TDF/FTC". PrEPWatch (ingilis). 17 February 2023. 2023-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
  5. "FDA approves the second drug to prevent HIV infection as part of ongoing efforts to end the HIV epidemic". U.S. Food and Drug Administration (Press-reliz). 3 October 2019. 10 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2019.
  6. 1 2 Consolidated guidelines on HIV prevention, testing, treatment, service delivery and monitoring: recommendations for a public health approach. Geneva: World Health Organization. 2021. 2023-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.
  7. "FDA Approves First Injectable Treatment for HIV Pre-Exposure Prevention". U.S. Food and Drug Administration. 20 December 2021. 22 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2022.