Tənzimləmə Şurası — Birinci dünya müharibəsi illərində bölünmüş Polşanın yarımüstəqil və müvəqqəti təyin olunmuş ən yüksək hakimiyyət səlahiyyətlərinin sahibi olan qurum. Tənzimləmə Şurası Almaniya və Avstriya-Macarıstan tərəfindən Polşa Krallığının yenidən formalaşdırılmasından sonra 1917-ci ilin sentyabrında yarandı. Şuranın yeni hökmdar və ya nümayəndə təyin olunana qədər fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu. 1918-ci ilin 7 oktyabrında Tənzimləmə Şurası Polşanın müstəqilliyini elan etdi.[1] Daha sonra isə Şura tərəfindən Polşa Krallıq Ordusunun komandanlığı təhvil götürüldü.
Tənzimləmə Şurasının üzvlərinə Varşava arxiyepiskopu Kardinal Aleksandr Kakovski, Şahzadə Zdislav Lybomirski, Varşava Bələdiyyə başçısı və torpaq mülkədarı Yozef Ostrovski daxil idi. Tənzimləmə Şurası yarımüstəqil fəaliyyət göstərdiyi üçün təhsil və hüquqi məsələlərlə məşğul olmaqla məhdudlaşdırılmışdı. 7 oktyabr 1918-ci ildə Polşa müstəqilliyini elan etdi.[1] Həmin ilin 14 noyabrından etibarən bütün səlahiyyətlər Yozef Pilsudskinin əlinə keçdi. O, 22 noyabr 1918-ci ildən etibarən Dövlət Başçısı olaraq adlandırılmağa başlandı.[2]