Təpələrin gözləri var 2 (film, 1985)

Təpələrin gözləri var 2 (ing. The Hills Have Eyes 2) — 1985-ci ildə qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir.

Təpələrin gözləri var 2
ing. The Hills Have Eyes 2
"Təpələrin gözləri var 2" filminin afişası
"Təpələrin gözləri var 2" filminin afişası
Janr Qorxu filmi
Əsas mövzu seriyalı qatil
Rejissor Ues Kreyven
Prodüser Piter Lok
Ssenari müəllifi Ues Kreyven
Baş rollarda Tamara Stefford
Kevin Spirtas
Con Blum
İstehsalçılar Anchor Bay Entertainment
HBO
Distribütor Netflix
İlk baxış tarixi 1985
Müddət 86 dəqiqə
Büdcə $700 min
Ölkələr Böyük Britaniya Böyük Britaniya
ABŞ ABŞ
Dil İngilis dili
İl 1985
Əvvəlki film Təpələrin gözləri var
Rəng Rəngli
IMDb ID0089274

Məzmun[redaktə | mənbəni redaktə et]

Cavan qrup heyəti idmana getməyə hazırlaşırlar. Onlar yolda olan zaman səhralıqda bir fermanın olduğunu görürlər. Getdikcə heyət başa düşür ki, onların arxalarıyca kimsə izləyir. Bir müddətdən sonra cavanlar bir-bir yoxa çıxmağa başlayır. Sonradan aydın olur ki, onlar müasir sivilizasiyadan xəbəri olmayan hannibal (adam yeyən) tipinə mənsub insanlardılar...

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

  • Ues Kreyven etiraf edir ki, bu filmi ona pul lazım olduğu üçün çəkmişdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]