Təranə Əlidostu (fars. ترانه علیدوستی; 12 yanvar 1984, Tehran) — İran aktrisası.
Təranə Əlidostu | |
---|---|
fars. ترانه علیدوستی | |
Doğum tarixi | 12 yanvar 1984 (40 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Atası | حمید علیدوستی[d] |
Fəaliyyəti | aktrisa, tərcüməçi, kino aktrisası |
Fəaliyyət illəri | 2002-ci ildən |
IMDb | ID1267552 |
Vikianbarda əlaqəli mediafayllar |
Təranə Əlidostu İran futbol yığmasının oyunçusu Həmid Əlidostunun ailəsində anadan olmuşdur. Anası isə heykəltəraşlıqla məşğul olub. Təranənin kinematoqrafda debütü 17 yaşına təsadüf edir. O zaman Rəsul Sədr Əməlinin "Mən Təranəyəm, 15 yaşım var" filmində baş rolu ifa etmişdi. Bu roluna görə o, Lokarno Film Festivalında ən yaxşı aktrisa kimi "Gümüş bəbir"[1] və Fəcr Beynəlxalq Film Festivalında "Büllur simurq" mükafatlarına layiq görülmüşdür.[2] İkinci mükafata layiq görülən ən gənc ifaçı kimi tarixə düşüb.
Təranə Əlidostu tanınmış İran kinorejissoru Əsgər Fərhadi ilə sıx əməkdaşlıq edir. Aktrisa onun "Gözəl şəhər", "Atəşfəşanlıq çərşənbəsi", "Elli haqqında" və "Satıcı" filmlərində çəkilmişdir. Sonuncu filmdə ifa etdiyi rola görə 2016-cı ilin Kann Film Festivalında Ən yaxşı aktrisa nominasiyasına namizədlərdən biri olub. Aktrisa həmçinin, 2008-ci ildə İran kinosunun klassiki Abbas Kiyarüstəminin "Şirin" filminə çəkilərək kinozalda əyləşmiş yüzlərlə tamaşaçıdan birini ifa etmişdir.
Təranə Əlidostu kino ilə yanaşı, teatrda da fəaliyyət göstərir. 2017-ci ildə Donald Trampın yürütdüyü siyasətə etiraz əlaməti olaraq, "Oskar" mükafatının təqdimetmə mərasimində iştirakdan imtina etmişdir.[3]
Təranə Əlidostu 2022-ci ilin dekabrında Məhsa Əmini etirazları iştirakçılarından birinin edamına həsr etdiyi instaqram paylaşımından sonra həbs olunmuşdur.[4][5][6] Bu paylaşımında Əlidostu İran hakimiyyətinin fəaliyyətinə reaksiya verməyən beynəlxalq təşkilatları tənqid etmişdi. 3 həftədən sonra zaminə buraxılıb.
Təranə Əlidostu ailəlidir. 2013-cü ildə qızı anadan olub.[7]
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
2002 | Mən Təranəyəm, 15 yaşım var | fars. من ترانه ۱۵ سال دارم | Təranə |
2004 | Gözəl şəhər | fars. شهر زیب | Firuzə |
2006 | Atəşfəşanlıq çərşənbəsi | fars. چهارشنبه سوری | Ruhi |
2008 | Xanaan | fars. کنعان | Minə |
2008 | Şirin | fars. شیرین | kinozaldakı tamaşaçı |
2008 | Şübhə | fars. تردید | Məhtab |
2009 | Elli haqqında | fars. درباره الی | Elli |
2012 | Sadə hiylə | fars. پذیرایی ساده | Leyla |
2012 | Səkkizinci küçənin axırında | fars. انتهای خیابان هشتم | Nilufər |
2014 | Nikah | fars. زندگی مشترک آقای محمودی و بانو | Sənaz |
2014 | Atom ürək | fars. مادر قلب اتمی | Sənaz |
2016 | Satıcı | fars. فروشنده | Rəna |
2022 | Leylanın qardaşları | fars. برادران لیلا | Leyla |
2022 | Çıxma | fars. تفریق | Fərzanə |