Tərk daş məscidi

Tərk daş məscidi (fars. مسجد سنگی ترک‎) — İranın Şərqi Azərbaycan ostanında, Miyanə şəhərindən 29 km məsafədə yerləşən tarixi abidə. Tikilmə tarixi haqqında dəqiq məlumat yoxdur. Bina 1969-cu ildə İranın Mədəniyyət və Elm nazirliyi tərəfindən 868 nömrəsi ilə tarixi abidələr siyahısında qeydə alınmışdır.[1][2][3]

Tərk daş məscidi
fars. مسجد سنگی ترک
Ölkə
Şəhər Miyanə
Rayon Şərqi Azərbaycan ostanı
Yerləşir Tərk kəndi
Üslubu İslam memarlığı

Tarixi[redaktə | mənbəni redaktə et]

Tərk daş məscidi Miyanə şəhərindən 29 km aralıda Tərk kəndində yerləşən tarixi abidədir. Məscidinin günümüzə hər hansı bir kitabəsi gəlib çatmadığı üçün tikilmə tarixi haqqında əlimizdə dəqiq məlumat yoxdur, lakin bəzi tarixçilərə görə abidə Həsən ibn Əli dövründə inşa edilib. Bir digər tarixçilər isə tikilmə tarixini VI əsrə, digərləri VIII əsrə aid edir. Buna səbəb Şeyx Səfiəddin Ərdəbilinin qeydlərində məscidin VII əsrdə mövcud olması ilə bağlı yazıdır. Abidənin Elxani hökmdarı Sultan Məhəmməd Xudabəndə dövründə inşa edildiyi fikrini irəli sürən tarixçilər də var. İranın Mədəni İrs təşkilatı məscidi Elxani dövrü memarlıq abidəsi kimi qeydə alıb. Bina 1969-cu ildə İranın Mədəniyyət və Elm nazirliyi tərəfindən 868 nömrəsi və Cami məscidi adı ilə tarixi abidələr siyahısında qeydə alınmışdır.[4]

Memarlığı[redaktə | mənbəni redaktə et]

Məscidin memarlıq üslubu və burada istifadə olunan tikinti materialları arxeoloqları çaşdırmışdır. Abidə eyni zamanda İslam memarlıq sənətinin ötən əsrlərdəki parlaq nümunələrindən hesab edilir. Məscidin sütunları daşdandır. Daxili kəpriclə bölünmüş 11 bölmədən ibarətdir. Hər bölmə üzərində kiçik günbəzlər var. İki girişli həyəti olan daş məscidin yuxarı hissəsi dağıdılmış minarəsi günümüzə qədər gəlib çatmışdır. Məscidin şəbistanı 21,5 m və 17,9 m ölçülərində düzbucaqlı formadadır. Mehrabın qarşısında böyük günbəz var. Abidənin sadə müqərnəsli böyük qurbangahı və iki kiçik qurbangah əsas mehrabın yan tərəflərində yerləşir.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Stone Mosque of Tark". en.tripyar.com. 2019-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 July 2019.
  2. "Encyclopaedia of the Iranian Architectural History". Cultural Heritage, Handicrafts and Tourism Organization of Iran. 19 May 2011. 6 April 2015 tarixində orijinalından arxivləşdirilib.
  3. "Stone Mosque of Tark (Sangi Mosque)". www.itto.org. 30 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2019.
  4. A History of Persian Earthquakes, By N. N. Ambraseys, C. P. Melville, Cambridge University Press, 10 Nov 2005, page 63, https://books.google.com/books/about/A_History_of_Persian_Earthquakes.html?id=1JkfKub5vakChttps://books.google.com/books/about/A_History_of_Persian_Earthquakes.html?id=1JkfKub5vakC[ölü keçid]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ali NOROUZİ ALANJAGH. DOĞU AZERBAYCAN İLİNİN (İRAN) BÖLGESEL AÇIDAN TURİZM PLANLAMASI VE ANALİZİ. Erzurum. T.C. ATATÜRK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ COĞRAFYA ANABİLİM DALI. 2019.