Tərxanyalı

TərxanyalıLaçın rayonu ərazisində dağ. Baldırğanlı kəndindən şimaldadir. Bəzi mənbələrdə Tarxanyalı formasında da işlənir. Dağ vaxtilə burada Tərxan adlı şəxsə məxsus binə olduğuna görə belə adlandırılmişdır. Tarxan qədim türklərdə, sonralar isə Elxanilər (XIII əsr) dövründə titul olmuşdur. Sonralar həmin titul şəxs adı kimi işlənmişdir. Azərbaycan xalqının qəhrəmanı Babəkin ən yaxın silahdaşlarından birinin adı da Tərxan olmuşdur. Oronim Tərxan antroponimi və yal coğrafi terminindən ibarət olub, "Tərxana məxsus yal, Tərxanın yalı" mənasındadır. Dağın adı həmçinin Tərxanlı kimi de qeyd olunur.[1]

Tərxanyalı
Ümumi məlumatlar
Mütləq hündürlüyü ?
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Tərxanyalı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.