Tətil (islam)

Tətil (ərəb. تَعْطِيل‎‎) — islam teologiyasında tanrını öz sifətlərindən "məhrum etmək" mənasını verən anlayış. Bu söz hərfi mənada fəaliyyəti təxirə salmaq və dayandırmaq mənasını daşıyır.[1][2] Bu, apofatik teologiyanın bir formasına istinad edir, tanrının öz yaratdıqlarının heç bir bənzəməməsi və insan üçün mövcud olan anlayışların məhdud olması, onun ətrafı qavrayışından asılı olması səbəbindən deyilir. Nəticə olaraq, onun ilahi sifətlər qarşısında susmaq, "Quran" və hədislərdə verilən izahlarla kifayətlənməkdən başqa çarəsi yoxdur.[3][4] Tətil təsbihin (antropomorfizm və ya antropopatizm), fiziki xüsusiyyətlərin və ya duyğu kimi insani xüsusiyyətlərin tanrıya aid edilməsinin qütb əksidir. Həm tətil, həm də təsbih meynstrim islamda günah və ya bidət sayılır.[5]

Tətilin korrektiv təlimi təsbitdir (tanrının sifətlərini təsdiq edən), təsbihin korrektiv təlimi isə tənzihdir (tanrını pak saxlamaq).[5]

  1. زوزنی, حسین بن احمد. کتاب المصادر. ۲. تهران: چاپ تقی بینش. səh. ۵۸۲. ۱۳۷۴ ش.
  2. محمد بن مکرم بن علی أبو الفضل جمال الدین ابن منظور, الأنصاری الرویفعی الأفریقی. لسان العرب (ərəb). ۱۱. səh. ۴۵۳. 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17. ذیل «عطل».
  3. سبحانی, جعفر. الالهیات (fars). ۱. قم: انتشارات امام صادق (ع). səh. ۸۷.
  4. احمد بن عبدالحلیم بن تیمیه, حرانی. الرسائل الکبری (fars). ۱. səh. ۳۲. به نقل از، الالهیات، ج۱، ص۸۷.
  5. 1 2 Tashbīh. 1998-07-20. 2019-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-22.