Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur.
|
İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur. İnsan mələk kimi yaradılmamışdır. Mələklər Allah-Təalanın bütün əmrlərini qüsursuz yerinə yetirirlər. İnsan isə mahiyyət etibarilə mələklərdən də üstün səviyyəyə yüksələ bilər. Yəni insan Allah qatında mələklərdən də yüksək məqamlara ucala bilər. İnsan üçün əsl qayə axirət səadətidir. Mömin mənəvi səviyyəsinə görə bu yolda ya şeytanın, ya da nəfsin hiylələri ilə üz-üzə gəlir. Allah Rəsulu şəfaət hədisində bütün peyğəmbərlərin aqibətlərindən narahat olduğunu bildirir. Bütün peyğəmbərlər işlədikləri zəllədən bəhs edəcək, buna görə də insanlara vasitəçilik edə bilməyəcəklərini deyəcəklər. Təkcə Kainatın Fəxri Həzrət Məhəmməd (s.a.s.) qiyamətin o çətin anlarında bəşərin əlindən tutacaq, onların əfvi üçün Allah-Təalaya yalvaracaqdır. Peyğəmbərimiz haqqında Qurani-Kərimdə belə buyurulur: "Allah (bununla) Sənin keçmiş və gələcək günahlarını bağışlayar!"[2] İnsan xəta edəcək, günah işləyəcək, amma əfv yollarını da unutmayacaq. Allah Rəsulu (s.a.s.) buyurur: "Bütün insanlar xəta işləyir. Xəta edənlərin ən xeyirlisi tövbə edənlərdir.
Günah Allah-Təalanın istədiyi şeyləri etməmək və ya istəmədiyi şeyləri etməkdir. Namaz qılmaq bir əmrdir. Namaz qılmayan bir adam günah işləmiş olur. Ata-anaya hörmət Allahın bir əmridir. Kim valideynlərinə qarşı hörmətsizlik edərsə, günah işləmiş olar. Peyğəmbərimiz günahı belə təsvir etmişdir: Günah sənin vicdanını narahat edən və başqalarının bilməsini istəmədiyin şeydir (əməldir)