Təzəxurmatu (ərəb. تازة خورماتو, Tāzah Ḵūrmātū, türk. Tazehurmatu) İraqın Kərkük mühafəzəsinə bağlı şəhər. Kərkük şəhərindən cənubda yerləşir.[1] Əhalisi şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir.[1][2]
Təzəxurmatu | |
---|---|
35°20′ şm. e. 44°22′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 40.000 nəfər |
1925-ci ildə şəhərin əhalisi əsasən türkmənlər idi.[3] Qəsəbə Səddam dövründə ərəbləşməni yaşadı , burada türkmən torpaqları müsadirə edilərək ərəb köçkünlərinə verildi.[4] 2009-cu ildə 20 iyun 2009-cu ildə Təzə partlayışının yeri olub və burada kamikadze tərəfindən 70-dən çox adam həlak olub.[5] 2014-cü ilin iyun ayında yaxında etnik türkmənlərin yaşadığı Birovçulu, Bəşir, Qaranaz və Çardaqlı kəndləri ilə birlikdə İŞİD tərəfindən törədilən ən azı 40 kəndlinin qətliamını yaşadı.[6] 2016-cı ilin mart ayında İŞİD tərkibində naməlum kimyəvi maddə olan minaatanlardan bura atəş açılaraq bir nəfəri öldürmüş və 600 nəfər yaralamışdır.[7][8][9] Hazırda Təzəxurmatuya Xalq Səfərbərlik Birliklərinin Türkmən Briqadaları nəzarət edir.[10][11]