Birovçulu (türk. Biravcılı, ərəb. براوجلي) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
kənd | |
Birovçulu | |
---|---|
ərəb. براوجلي | |
34°47′00″ şm. e. 44°34′00″ ş. u.HGYO | |
Ölkə | İraq |
Region | Səlahəddin mühafazası |
Rayon | Tuzxurmatu qəzası |
Əhalisi | |
Əhalisi | 2 000[1] nəfər |
Milli tərkibi | Türkmanlar |
Dini tərkibi | Şiə müsəlmanlar |
Birovçulu kəndi 1638-ci ildə salınmışdır. Kəndin adı Bayat boyunun Birovçulu oymağının adı ilə bağlıdır.[2] Birovçulu 2014-ci ildə İŞİDin yürüşünə məruz qalmışdı ki onun nəticəsində bir ailənin beş üzvü həlak olmuşdur.[3]
Birovçulu kəndi Tuzxurmatu şəhərindən 10 km cənubda, Əmirli şəhərindən isə 7 km şimalda yerləşir. Şimaldan Çardaqlı və Bastamlı kəndləri, qərbdən Qaranaz kəndi, şərqdən Köküz kəndi, cənubdan isə Böyük Albuhəsən, Kiçik Albuhəsən, Böyük Dombalandərə və Kiçik Dombalandərə kəndləri ilə əhatə edilmişdir.[4]
Hazırda kənddə 2,000 nəfərə qədər əhali yaşayır. Kənd əhalisi şiə[5] müsəlman Türkmanlardan ibarət olub Azərbaycan dilinə çox yaxın bir Türk dilində danışırlar. Birovçulu kəndinin əhalisi Bayat boyunun Birovçulu oymağındandır. Bundan başqa Kərkük, Mosul, Təlafər, Bağdad, Tuzxurmatu, Əs-Səmavə və Bəkubə kimi şəhərlərdə 20.000 nəfərə qədər Birovçulu yaşayır.[6]