TASİM (ing. TRANS-EURASIAN INFORMATION SUPER HIGHWAY) və yaxud Trans-Avrasiya Super İnformasiya Magistralı — 21 dekabr 2009-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyası TASİM haqqında ilk qətnaməni qəbul etmişdir.[1] 30 ölkənin birgə sponsorluğu ilə qəbul edilmiş sənəddə Azərbaycan Respublikasının TASIM-in koordinasiyasında xüsusi rolunu yer verilib. Ümumi uzunluğu 11 000 kilometr təşkil edir.[2]
Nyu-York şəhərində təşkil olunan 6-cı Qlobal İnfrastruktur İdarəçilik Forumunda təqdim olunan 100-dək qlobal infrastruktur layihəsi arasından "TASİM" layihəsi nominat olaraq dünyanın 13 qlobal layihəsindən biri seçilib.[3]
TASİM layihəsi haqqında bəyannamə 2008-ci il noyabrın 11-də Bakıda keçirilən Nazirlərin Regional görüşündə qəbul edilib.[4] TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan, müasir magistral şəbəkədir. 2013-cü ildə BMT Baş Assambleyasının növbəti sessiyasında TASIM-in inşasına dəstək verən ikinci qətnaməni qəbul etmişdir. Baş Asambleyanın 67-ci sessiyasının 98-ci plenar iclasında qəbul edildiyi sənədə İsrail, Türkiyə, Gürcüstan, Belarus, Moldova, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şri Lanka və Yeni Zelandiya qətnamənin müəllifləri kimi qatqıda yer almışdır.[5]
"Trans-Avrasiya Super İnformaiya Magistralı" layihəsini reallaşdırmaq üçün beş ölkənin — Rusiya,Azərbaycan, Türkiyə, Qazaxıstan və Çinin aparıcı telekommunikasiya operatorları arasında konsorsiumun yaradılmışdır.[6] Hazırda region ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət həyata keçirilir.[7]
Ölkə | Operator | Loqo |
---|---|---|
![]() |
Azertelecom | ![]() |
![]() |
China Telecom | ![]() |
![]() |
KazTransCom | ![]() |
![]() |
Rostelecom | ![]() |
![]() |
Türk Telekom | ![]() |