TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyi[1] (türk. TRT Uluslararası 23 Nisan Çocuk Şenliği) — Türkiyə Respublikasının milli bayramlarından olan 23 aprel Milli Suverenlik və Uşaq Bayramı həftəsində, 1979-cu ildən bəri hər il Türkiyə Radio Televiziya Qurumu tərəfindən təşkil edilən beynəlxalq uşaq şənliyi[2] Qeyd edək ki, həmin il UNESCO tərəfindən "Uşaq ili" elan edilmişdir[1]. Ona görə də TRT 23 aprel Milli Suverenlik və Uşaq Bayramını start verdiyi tədbirlərlə beynəlxalq səviyyəyə çatdırmışdır[1].
Həmin vaxtdan dünyadakı bir çox ölkədən bu şənlikdə iştirak etmək üçün Türkiyəyə gələn 8-14 yaşları arasındakı uşaqlar uşaqlı könüllü türk ailələr tərəfindən evlərində qonaq saxlanılır.
Şənlik hər il orta hesabla 40 ölkənin iştirakı ilə reallaşar. 1979-cu ildən bu yana, 90 fərqli ölkədən 20 minə qədər uşaq və təxminən 5 min qrup lideri bu şənliyə qatılmışdır[3]. Şənliyi qatılan nümayəndələr öz ölkələrinin xalq oyunları ilə, mahnıları ilə və s. nümunələrlə milli mədəniyyətlərini təqdim edərlər[2].
Şənlik 1979-cu ildən 2000-ci ilə qədər paytaxt Ankarada təşkil olunmuşdur. Daha sonrakı illərdə isə Türkiyənin müxtəlif yerlərində – İstanbul, Quşadası, Səlcuq, Antalya və İzmir kimi şəhərlərdə təşkil edilmişdir. 2011-ci ildə Bursada, 2012-ci ildə Konyada, 2013-cü ildə isə İzmirdə təşkil olunmuşdur.
İl | Bütün ölkələr[q 1] |
---|---|
1979 | 5 |
1998 | 29 |
2007 | 61 |
2008 | 38 |
2009 | 57 |
2010 | 42 |
2011 | 34 |
2012 | 40 |
2013 | 44 |
2014 | 33 |
2015 | 31 |
2016 | 30 |
Qeyd: